Son 2 həftədə Vəba epidemiyasından 23 nəfər ölüb

Son 2 həftədə Vəba epidemiyasından 23 nəfər ölüb

1 Dekabr 2023 13:53
Bəyəndim (0) Bəyənmədim (0)

Böyük Britaniyada yerləşən «Save The Children» beynəlxalq qeyri-hökumət təşkilatı Efiopiyada başlayan Vəba epidemiyasından son iki həftədə 23 nəfərin həyatını itirdiyini bildirib.

«Save the Children» qeyri-hökumət təşkilatının verdiyi açıqlamada Efiopiyada daşqınlardan sonra Vəba xəstəliyinin artdığı qeyd edilib. Açıqlamada Efiopiyanın şərqindəki Somali bölgəsində son iki həftədə 772 Vəba hadisəsinin aşkar edildiyi və bu hadisələrin 80 faizinin 5 yaşdan kiçik uşaqlarda olduğu bildirilib.

Açıqlamada ölkədə Vəba epidemiyası zamanı 23 nəfərin öldüyü paylaşılıb və epidemiyanın "nəzarətdən çıxa biləcəyi" xəbərdarlığı edilib.

Xatırladaq ki, Efiopiya, Keniya və Somalidə son iki həftədir davam edən leysan yağışları nəticəsində 200-dən çox insan həyatını itirib.

Oxuməni.az