Quş qripinə qarşı xəbərdarlıq olunub

Quş qripinə qarşı xəbərdarlıq olunub

6 Dekabr 2023 10:44
Bəyəndim (0) Bəyənmədim (0)

Fransada 3 səviyyəli xəbərdarlıq sistemində quş qripinə qarşı həyəcan siqnalı verilib. Fransa mətbuatında yer alan xəbərə görə, son həftələrdə Fransa ilə yanaşı, Almaniya, Hollandiya və Belçikada da dünyada milyonlarla quşun ölümünə səbəb olan yoluxucu quş qripi hadisələri görüldükdən sonra hökumət tədbirləri sərtləşdirib.

Rəsmi qəzetdə dərc olunan fərmanla bütün quşçuluq evlərinin qapalı şəkildə saxlanmasını tələb edən xəbərdarlıq səviyyəsi ən yüksək həddə qaldırılıb.

Ötən həftə Brittani bölgəsində fermada quş qripi epidemiyası baş verib.

Keçən qışda quş qripi ilə əlaqədar ölkədə həyəcan ən yüksək səviyyəyə qaldırılmışdı.

Oxuməni.az