Qlobal Fond 2024-2026-cı illərdə Monqolustana 15 milyon dollar verəcək

Qlobal Fond 2024-2026-cı illərdə Monqolustana 15 milyon dollar verəcək

6 Dekabr 2023 11:30
Bəyəndim (0) Bəyənmədim (0)

QİÇS, Vərəm və Malyariya ilə Mübarizə üzrə Qlobal Fond Monqolustana 2024-2026-cı illərdə QİÇS və vərəmlə mübarizə üçün 15 milyon ABŞ dolları ayıracaq. Səhiyyə naziri Çinzoriq Sodnom Qlobal Fondun Monqolustan üzrə meneceri Allan Nfamba ilə görüşüb, davam edən layihələrin gedişatı və həyata keçiriləcək layihələrin yeni maliyyələşdirilməsi metodu ilə bağlı müzakirələr aparıb.

Nazir səhiyyə sektorunun əsas tərəfdaşı olan QİÇS, Vərəm və Malyariya ilə Mübarizə üzrə Qlobal Fonda Monqolustana verdiyi ardıcıl dəstəyə və sıx əməkdaşlığa görə təşəkkür edib.

Qlobal Fondun maliyyə dəstəyi ilə dünyanın 100-dən çox ölkəsi QİÇS, vərəm və malyariya ilə mübarizə aparır və 2003-cü ildən Monqolustan milli səviyyədə səkkiz layihə həyata keçirib.

“Son iyirmi ildə Fondun maliyyə dəstəyi ilə səkkiz layihə uğurla həyata keçirilib ki, bunun da nəticəsində ölkəmizdə QİÇS-in yayılmasının aşağı səviyyədə saxlanılması, infeksiyanın yayılmasının qarşısının tamamilə alınması mümkün olub”, - deyə səhiyyə naziri Çinqzoriq bildirib.

Görüş zamanı tərəflər 2024-2026-cı illərdə həyata keçiriləcək QİÇS layihəsi çərçivəsində risk qruplarını hədəf alan fəaliyyətlərin və müdaxilələrin maliyyələşdirilməsi ilə bağlı fikirlərini bildiriblər.

Allan Nfamba Qlobal Fond adından Monqolustan Hökumətinə son 20 ildə səmərəli əməkdaşlığa görə təşəkkür edib.

Qlobal Fondun dəstəyi Monqolustanın hər bir vətəndaşı üçün vacib olan QİÇS və vərəmdən yayılma və ölüm hallarının azaldılmasına təsir göstərdiyi üçün Fond layihənin davam etdirilməsini məqsədəuyğun hesab edib, deyə ölkə meneceri Allan Nfamba vurğulayıb.

Oxuməni.az