Bu il Avropa və Mərkəzi Asiyada qızılcaya yoluxma halları 3000% artıb

Bu il Avropa və Mərkəzi Asiyada qızılcaya yoluxma halları 3000% artıb

15 Dekabr 2023 10:41
Bəyəndim (0) Bəyənmədim (0)

2023-cü ilin yanvarından dekabrın 5-dək Avropa və Mərkəzi Asiyada 2022-ci ildəki 909-dan 30,601 qızılcaya yoluxma halı qeydə alınıb. UNICEF xəbər verir ki, yoluxmaların sayı 3266% artıb.

2023-cü ilin oktyabr-noyabr ayları arasında Avropa və Mərkəzi Asiyada qızılcaya yoluxma halları demək olar ki, iki dəfə artıb.

UNİCEF-in Avropa və Mərkəzi Asiya üzrə direktoru Regina De Dominicisin sözlərinə görə, qızılcaya yoluxma hallarının artmasına səbəb pevənd olunmamaqla bağlıdır.

Qızılca uşaqların sağlamlığına dağıdıcı təsir göstərir, bəzən ölümcül nəticələrə səbəb olur. Bu, uşaqların immun sistemlərinin uzun müddət zəifləməsinə səbəb olur, onları digər yoluxucu xəstəliklərə, o cümlədən pnevmoniyaya qarşı daha həssas edir.

UNICEF-in son məlumatlarına görə, qızılcaya yoluxma hallarının ən yüksək göstəricisi Qazaxıstanda qeydə alınıb: 100 000 əhaliyə 69 hadisə və ya 13 254 hadisə. Qırğızıstan qızılcaya yoluxma nisbətinə görə ikinci yerdədir: 100 000 əhaliyə 58 hadisə, bu da 3811 hadisədir. Ötən həftə milli bir epidemiya elan edən Rumıniyada hər 100,000-ə 9,6, cəmi 1,855 hadisə var.

Qızılcaya yoluxma hallarının artması bütün regionda immunizasiyanın əhatə dairəsinin azalması ilə əlaqədardır. Vəziyyətin pisləşməsinə səbəb olan amillərə qismən COVID-19 pandemiyası zamanı və ondan sonra artan dezinformasiya və inamsızlıq, səhiyyə xidmətlərinin pozulması və ilkin səhiyyə sistemlərinin zəif olması daxildir.

Son məlumatlar göstərir ki, 2019-2021-ci illər arasında Avropa və Mərkəzi Asiyada təxminən 931 000 uşaq gündəlik peyvənddən tamamilə və ya qismən yayınıb. Avropa və Mərkəzi Asiyada qızılcaya qarşı immunizasiya 2019-cu ildəki 96%-dən 2022-ci ildə 93%-ə düşüb.

Oxuməni.az