Beyin ölümünün qarşısı alına bilər

Beyin ölümünün qarşısı alına bilər

19 Dekabr 2023 13:15
Bəyəndim (0) Bəyənmədim (0)

Alimlər tarixdə ilk dəfə olaraq beyin ölümü baş verən zaman orqanın bağlandığı nöqtəni müəyyən ediblər. Beyin ölümünün "ölüm dalğası" adlı bir qrup kimyəvi maddənin beyində elektrik dalğası yaratması nəticəsində baş verdiyi müəyyən edilib. Son araşdırmalara görə, bu vəziyyət tərsinə çevrilə bilər.

Tədqiqatçılar beyin ölümünün baş verməsinin qarşısı alına bilən və geri qaytarıla bilən bir proses olduğunu iddia edirlər.

Fransada Paris Beyin İnstitutunun apardığı araşdırmanın əsas məsul şəxsi Severine Mahon, ölüm anının ani bir hadisə olmadığını və bir nöqtəyə qədər geri qaytarıla bilən uzun bir proses olduğunu söyləyib. "Biz hələ geri dönüş nöqtəsinin harada olduğunu dəqiq bilmirik" deyə Mahon bildirib.

Ölüm prosesinin beyində necə göründüyünü araşdırmaq üçün cərrahi yolla kiçik zondları siçanların beyinlərindəki fərdi neyronlara yerləşdiriblər. Bu zondlar ilk dəfə siçanlarda istifadə edilib. Zondların köməyi ilə beyin ölümü zamanı baş verən kimyəvi və elektrik aktivlik ölçülüb. Təcrübənin nəticəsi göstərib ki, ölüm düşündüyümüz qədər sadə deyil.

Şüurumuzu tamamilə itirdiyimiz dönüş nöqtəsi hələlik məlum deyil, amma “ölüm dalğası”nın necə və harada baş verdiyini müəyyən etmək olar. Tədqiqatçılar bildiriblər ki, bu tapıntı həkimlərə ciddi zədə zamanı beyin zədələnməsinin qarşısını almaq üçün daha yaxşı dərmanlar və ya müalicələr hazırlamağa kömək edə bilər.

Ölüm anında neyronlar bağlandıqca beyində güclü elektrik dalğası yayılır. Bu elektrik dalğasına "anoksik depolarizasiya" deyilir və bu neyronların ölümünü göstərir.

Mütəxəssislərin fikrincə, həyati funksiyaların bərpa oluna biləcəyi dəqiq şərtləri müəyyən etmək çox vacibdir. Ürək və ağciyər çatışmazlığı zamanı reanimasiyanı dəstəkləmək üçün də dərmanlar hazırlanmalıdır.

Əksər hallarda insanlarda ürək dayandıqdan sonra dörd dəqiqə ərzində nəfəsin bərpası beyin ölümünün qarşısını alır.

Bundan sonra siçanlarda olduğu kimi fərqli bölgələr fərqli nisbətlərdə ölməyə başlayır.

Həkimlər dalğanın mənbəyini hədəf alaraq və ya yayılmasını məhdudlaşdırmaqla ölüm dalğasının qarşısını ala bilsələr, o zaman ölüm prosesini yavaşlatmağa və ya dayandırmağa kömək edə bilərlər.

Oxuməni.az