Dörd milyard avro dəyərində Covid peyvəndi məhv edilib

Dörd milyard avro dəyərində Covid peyvəndi məhv edilib

20 Dekabr 2023 06:34
Bəyəndim (0) Bəyənmədim (0)

Aİ-də istifadə olunmamış 200 milyon dozadan çox Covid peyvəndi məhv edilib. Məhv edilən peyvəndlərin dəyəri 4 milyard avrodur. Avropa İttifaqı (Aİ) ölkələrində vaxtı keçmiş Covid-19-a qarşı təxminən 4 milyard avroluq peyvənd sıradan çıxarılıb.

Aİ-yə üzv dövlətlər hər bir vətəndaş üçün orta hesabla 0,7 doza peyvəndi atdığı halda, bu orta tullantı nisbəti, AB-nin qalan hissəsində 312 milyon dozadan çox peyvəndin məhv edilməsi deməkdir.

Rumıniyada prokurorlar həddindən artıq peyvənd alışının dövlətə 1 milyard avrodan çox ziyan vurduğunu iddia edərək, keçmiş baş nazir və iki keçmiş səhiyyə nazirinin toxunulmazlığının götürülməsini istəyir.

Bütün bu müzakirələr davam edərkən, AB ölkələri Pfizer ilə edilən razılaşmaya görə ən azı 2027-ci ilə qədər peyvənd almağa davam edəcəyi üçün sözügedən tullantıların bu müddət ərzində bir az da artacağını ifadə ediblər.

Oxuməni.az