Hər gün zeytun yağı istehlak etmək ölüm riskini 28 faiz azalda bilər

Hər gün zeytun yağı istehlak etmək ölüm riskini 28 faiz azalda bilər

28 Dekabr 2023 09:43
Bəyəndim (0) Bəyənmədim (0)

Elm adamları hər gün yarım xörək qaşığından çox zeytun yağı qəbul edən bir insanda ölmə riskinin 28 faiz azala biləcəyini açıqlayıblar.

Harvardda tədqiqatçılar tərəfindən aparılan araşdırmaya görə, marqarin və kommersiya mayonez kimi yağlar yerinə zeytun yağının istifadəsi ölmə riskini azalda bilər.

Tədqiqat nəticəsində məlum olub ki, hər gün yarım xörək qaşığından çox zeytun yağı qəbul edən insanların ölmə riski, zeytun yağı içməyənlərə nisbətən 28 faiz aşağıdır.

Pəhriz və demansla əlaqəli ölüm arasındakı əlaqəni araşdırmaq üçün ilk araşdırmada elm adamları 30 il ərzində 90,000-dən çox amerikalının pəhriz sorğularını və ölüm qeydlərini təhlil ediblər. Onlardan 4 min 749 nəfərinin demansdan öldüyü qeyd edilib.

Tədqiqatçılar, digər yağlar əvəzinə zeytun yağının istifadəsinin sağlam bir pəhrizə kömək edə biləcəyinə dair sübutları açıqlayıblar…

Oxuməni.az