İstirahət günlərində daha çox yatsaq da, niyə özümüzü daha çox yorğun hiss edirik?

İstirahət günlərində daha çox yatsaq da, niyə özümüzü daha çox yorğun hiss edirik?

29 Dekabr 2023 06:45
Bəyəndim (0) Bəyənmədim (0)

Araşdırmalara görə gecə 7,5 saatdan çox yatmaq dərin yuxu dövrünü pozur. Həddindən artıq yuxu rejimlərindəki tarazlığ itir və yorğunluğa səbəb olur. İstirahətlə oyanacağınızı düşündüyünüz səhərlərində çox yorğun oyanmağınızın səbəbi bu ola bilər. Tətil, həftə sonları və ya istirahət günlərində bir neçə əlavə saat yatmaq fikri əla səslənsə də, bunun pis nəticələri olur. Hər gecə tövsiyə olunan yeddi və ya səkkiz saatdan çox yuxu almaq məşğul həftədən sonra bərpa üçün ən yaxşı seçim kimi görünsə də, əslində gün ərzində daha çox yorğunluq və aşağı enerjiyə səbəb olur.

Gecə səkkiz saatdan çox yatmaq, depressiya kimi müxtəlif psixi sağlamlıq problemləri ilə əlaqələndirilir. Depressiya ilə mübarizə aparan insanların təxminən 15 faizi həddindən artıq yatanlardır.

Çox az yatmaq kimi, çox yatmaq da baş ağrısı, depressiya, xroniki ürək xəstəliyi, diabet və piylənmə riski də daxil olmaqla bir çox sağlamlıq problemlərinə səbəb ola bilər…

Oxuməni.az