Bu qida bədəndəki yağ nisbətini azaldır
Metabolizm dedikdə orqanizmin və orqanların fəaliyyətində rol oynayan kimyəvi reaksiyalar nəzərdə tutulur. İstehlak olunan qidanın enerjiyə çevrilməsi də maddələr mübadiləsi ilə təmin edilir. Maddələr mübadiləsinin sürəti birbaşa qidalanma növü ilə bağlıdır. İstehlak edilən qidalar sayəsində maddələr mübadiləsi sürətləndirilərək arıqlama prosesi dəstəklənir. Arıqlamaq prosesi bəzən çətin ola bilər. Bununla belə, bu prosesə necə nail olmağın hiylələrini bilmək asanlıqla arıqlamağa kömək edə bilər.
Maddələr mübadiləsini sürətləndirən qidalar sayəsində yağ tərkibini azaldaraq asanlıqla arıqlaya bilərsiniz.
Məsələn, sirkənin köməyi ilə. Sirkənin tərkibində olan sirkə turşusu mədənin qısa müddətdə boşalmasının qarşısını alır. Sirkə mədənin boşalmasını gecikdirir və maddələr mübadiləsini sürətləndirir. Əlavə olaraq bəzi araşdırmalara görə sirkə bədəndəki yağ miqdarının azaldılmasında rol oynayır. İstehlak olunan qidanı mədədə yavaşlatmaqda rol oynayır. Bu sayədə toxluq hissinin daha uzun sürməsini təmin edərək arıqlama prosesinə dəstək olur.
Bundan əlavə, sirkə karbohidratların udulmasını yavaşlatır. Beləliklə, qan şəkərinin qəfil dəyişməsinin qarşısını alır.
Lakin alma sirkəsinin turşuluğu həzm sisteminə zərər verə bilər. Sirkənin faydalı təsirlərindən yararlanmaq üçün onu yeməklərə əlavə edərək istehlak etməyiniz məsləhətdir…
Oxuməni.az





































.jpg)
.jpg)






.jpg)





















.jpg)



























