Soyuq havalarda qriplə mübarizə

Soyuq havalarda qriplə mübarizə

27 Fevral 15:30
Bəyəndim (0) Bəyənmədim (0)

Qrip xüsusilə soyuq havalarda və mövsümi dəyişikliklərdə, öskürək, halsızlıq, yüksək atəş şikayətləri ilə A və B qrip viruslarının yaratdığı bir infeksiyadır. Qripdən qorunmaq üçün fəslə uyğun geyinmək, balanslı və sağlam bir pəhriz yemək və xəstə insanlarla təmasdan çəkinmək vacibdir. Qripi insanlar arasında yayılmış soyuqdəymə ilə də qarışdırmaq olar. Qrip soyuqdəymə kimi yoluxucu bir virus infeksiyası olsa da, soyuqdəymədən daha ağır bir xəstəlikdir. 0-4° C arasında bir neçə həftə yaşaya biləcəyi üçün qışda daha çox infeksiyaya səbəb olan qrip virusu ilə qarşılaşmaq son dərəcə asandır. Virus ən çox öskürək, asqırmaq və danışmaq yolu ilə yoluxur.
Qışı fəslini qripsiz keçirmək üçün xüsusi ilə immunitet sistemimizi güclü saxlamalıyıq. C və E vitaminləri ilə zəngin olan çoxlu tərəvəz və meyvə istehlak etməliyik. Boğaz infeksiyalarının qarşısını almaq üçün qoruyucu təbii bitkilərdən istifadə etməliyik.
Qrupin təbii yollar ilə müalicəsi:
- Soğan: Soğan xəstəliklərdən və infeksiyalardan qorunmağımıza kömək etdiyi kimi qızdırma, qrip, öskürək və allergiya üçün faydalı olan bitkilər arasında ilk sırada iştirak edir.
Soğan ilə müalicədə zərurət duyulan materiallar:
1 ədəd qəhvəyi qabıqlı soğan və 2 stəkan su
Soğanın qəhvəyi qabıqları soyulur və üzərinə 2 stəkan su əlavə edilərək qapaqlı qabda beş dəqiqə qaynadılır. Hazırlanan tərkib soyudulub süzüldükdən sonra içilir.
-Zəncəfil çayı: bu çayın hazırlanması üçün materiallar:
Bir xörək qaşığı rəndələnmiş təzə zəncəfil, bir stəkan su, bir xörək qaşığı limon suyu və bir xörək qaşığı bal.
Rəndələnmiş təzə zəncəfil bir stəkan suya tökülür və qaynadılır. Zəncəfil çox qaynadılırsa dadı acılaşar. Bu səbəddən qaynamağa başlar-başlamaz atəşin üzərindən götürülür və dəmlənməsi üçün 5 dəqiqə gözlənir. Sonra süzgəcdən süzüb və üzərinə bal ilə limon suyu əlavə edilərək içilər.
-Qrip çayı: bu çayı hazırlamaq üçün materiallar:
Cökə, zəncəfil, qərənfil, darçın və su lazımdır.
Bu çayı hazırlayarkən insan sayına görə sadaladığımız maddələrin miqdarını artıra və ya azalda bilərik.
Çayı hazırlamaq üçün bütün maddələr çaydana atılar və üzərinə qaynar su əlavə edildikdən sonra dəmlənməsi gözlənilir. Çay bir neçə dəqiqə dəmləndikdən sonra istehlaka hazırdır. Üzərinə limon suyu və bal əlavə edərək də istifadə etmək olar.

Xatırladaq ki, bugünkü məsləhət rublikamız TRT Azərbaycana istinadən hazırlanıb.

Oxuməni.az