Xərçəng xəstəliyi günü-gündən cavanlaşır

Xərçəng xəstəliyi günü-gündən cavanlaşır

28 Mart 11:40
Bəyəndim (0) Bəyənmədim (0)

Alimlər xəbərdarlıq edirlər ki, dünyada 50 yaşdan aşağı insanlarda xərçəngə tutulma halları artmaqdadır. Xərçəng xəstəliyi günü-gündən cavanlaşır. Araşdırmalar zamanı 1990-2019-cu illər arasında erkən yaşlarda xərçəngə yoluxma hallarının dünya üzrə 79 faiz artdığı məlum olub.

Mütəxəssislər 2030-cu ilə qədər gənc yaşlarda xərçəngə yoluxma hallarının 31 faiz artacağını proqnozlaşdırırlar.

Məlumatlar göstərir ki, xərçəng nisbətləri bütün yaş qruplarında artmaqdadır, lakin gənclərdə bu hallar daha sürətlə artır.

Bu günə qədər hələ də bu xəstəliyin tam müalicə oluna bilməməsi alimləri çox narahat edir…

Oxuməni.az