Bahar gələndə infarkt riski artır

Bahar gələndə infarkt riski artır

16 Aprel 11:45
Bəyəndim (0) Bəyənmədim (0)

Fəsil dəyişiklikləri ürək sağlamlığına təsir edən mühüm amillərdən biridir. Ürəyi qorumağın yolları hər mövsümdə fərqli olur. Həkimlər xüsusilə yaz aylarında infarkt, ürək çatışmazlığı və insult risklərinin artdığını qeyd edirlər.

Yazda ürəyimizi necə qorumalı olduğumuzu kardiologiya mütəxəssisi həkim Erdem Karaçöp belə açıqlayıb:

"Qışdan yaza keçəndə baş verən bütün dəyişikliklər ürəyimizə də təsir edir. Ən çox kim nəyə diqqət etməlidir. Bu çox vacibdir" deyən Erdem həkim, "Ani hava dəyişikliyi fiziki və psixoloji dəyişikliklərə səbəb olur. Bütün bu dəyişikliklərdən təsirlənən infarkt riski də artır. Yaz ayları temperatur və təzyiq dəyişiklikləri ilə birlikdə yuxarı tənəffüs yolu infeksiyalarının artmasına da səbəb ola bilər. Ürək çatışmazlığının pisləşməsi ilə birlikdə tərləmə, qan laxtalanması kimi səbəblərə görə bədəndə maye itkisi meydana gələ bilər ki, bu da infarkt, ürək çatışmazlığı və insult riskini artırır".

Həkimimizin dediklərini əsas göstərərək, hamınıza fəsil dəyişməsi ilə əlaqədar olaraq, mütləq şəkildə müayinədən keçməyi məsləhət görürük.

Oxuməni.az