Qızılca epidemiyası səbəbindən 19 uşaq dünyasını dəyişib

Qızılca epidemiyası səbəbindən 19 uşaq dünyasını dəyişib

29 Aprel 10:22
Bəyəndim (0) Bəyənmədim (0)

Nigeriyada Adamava bölgəsində baş verən qızılca epidemiyası səbəbindən 19 uşaq dünyasını dəyişib.

Adamavanın səhiyyə başçısı Feliks Tanqvami açıqlamasında bildirib ki, bu bölgədə artıq 200-dən çox uşaqda qızılca aşkarlanıb.

Tanqvami qeyd edib ki, ağır infeksiyaları olan uşaqların dərhal xəstəxanalara göndərilməsinə baxmayaraq, onlar xəstəliklə çətin mübarizə aparırlar.

Oxuməni.az