Burnunuzun növbəli şəkildə işlədiyini bilirdinizmi?
Hamımız bilirik ki, burnumuzun birdən çox funksiyası var, amma çoxumuz onun daxili quruluşunun və iş sisteminin nə qədər maraqlı ola biləcəyini təxmin edə bilmirik.
Hər bir burun dəliyi ayrıca olaraq burun boşluğuna açılır və bu boşluqların bir-biri ilə birbaşa bağlılığı yoxdur.
Burunun daxili quruluşu isə venoz erektil toxuma ilə örtülmüşdür. Həmin toxuma qanla dolaraq şişə, infeksiya və ya allergiya zamanı şişlik artaraq burun keçidlərini tamamilə bağlaya bilər.
Bəs niyə bizim iki burun dəliyimiz var?
İnsanların çoxunun nə üçün iki burun dəliyinin olması ilə bağlı dəqiq bir məlumatı yoxdur. Əslində isə burnumuz havanı daim süzdürür və lazım olduğu qədər qızdırır. Əslində bu proses növbəli şəkildə olur. Bu isə bizim ağciyərlərimizdəki incə toxumalar üçün olduqca vacibdir…
Oxuməni.az