Epilepsiya xəstəsi olan uşaq başına aparat qoyularaq sağalıb

Epilepsiya xəstəsi olan uşaq başına aparat qoyularaq sağalıb

24 İyun 16:02
Bəyəndim (0) Bəyənmədim (0)

Tibb dünyasından maraqlı xəbər var. İngiltərədə epilepsiya xəstəsi olan 13 yaşlı oğlanın kəllə sümüyünə yerləşdirilmiş cihaz sayəsində qıcolmalardan əhəmiyyətli dərəcədə xilas olub. Elm adamları tarixdə ilk dəfə istifadə edilən cihazın uzunmüddətli təsirlərini araşdırır.

Təxminən kibrit qutusu böyüklüyündə və yarım santimetr qalınlığında olan cihaz simsiz enerji ilə doldurula bilir. 7 aylıq müddətdə epileptik tutmaları yüzdə 80 azaldır.

Picostim adlı cihaz keçən il Parkinson xəstələrinin müalicəsində də istifadə edilib. Cihazın uzunmüddətli təsirini sınaqdan keçirən elm adamları gələcəkdə epileptik tutmaların keçmişdə qala biləcəyini söyləyirlər.

Oxuməni.az