Qadınların hamilə qalma müddəti daha beş il uzanacaq

Qadınların hamilə qalma müddəti daha beş il uzanacaq

22 İyul 13:47
Bəyəndim (0) Bəyənmədim (0)

Yeni kəşf olunan dərman qadınların hamilə qalma müddətini daha beş il uzadaraq, daha sağlam yaşamağa kömək etmək məqsədi daşıyır. Yeni araşdırma ilə ayda 50 yumurta yerinə 15 yumurta istehsal edəcək qadınların qocalmasının 20 faiz azalacağı gözlənilir. Məlumat ntv.com.tr-yə istinad edilərək hazırlanıb.

Tədqiqat dərmanın yumurtalıqların qocalmasını yavaşlatmaq, menopozu gecikdirmək, məhsuldarlığı uzatmaq və yaşa bağlı xəstəliklərin riskini azaltmaq üçün nəzərdə tutulmuşdur.

Hal-hazırda 35 və daha yuxarı yaşda olan 34 qadının iştirak etdiyi tədqiqatda sonda mindən çox qadının iştirak etməsi planlaşdırılır və tədqiqatda iştirak edən qadınların sayı günü-gündən artır.

İlkin nəticələrə görə, dərman 44 yan təsirdən heç birini yaşamadan qadınlarda yumurtalıqların qocalmasını 20 faiz azalda bilər.

Layihənin ümumi dəyərinin bir milyon dollar olduğu və işə ən azı 12 alimin cəlb edildiyi bildirilib.

Oxuməni.az