ÜST meymun çiçəyini qlobal fövqəladə vəziyyət elan etdi

ÜST meymun çiçəyini qlobal fövqəladə vəziyyət elan etdi

15 Avqust 12:34
Bəyəndim (1) Bəyənmədim (0)


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) çərşənbə günü keçirilən iclasda “mpox” (əvvəllər "meymun çiçəyi" adlanırdı, lakin 2022-ci ildə bu ad köhnəlmiş hesab edildi və qısaltma ilə əvəz olundu) infeksiyasının yayılması təhlükəsi ilə yenidən dünya miqyasında fövqəladə vəziyyət elan.etdi.Bu barədə təşkilatın baş direktoru Tedros Adhanom Qebreyesus açıqlamasında bildirib. “Mpox” epidemiyası Konqoda və digər Afrika ölkələrində baş verib. Bu ilin əvvəlindən 14 mindən çox hadisə və 524 ölüm halı qeydə alınıb.
O qeyd edib ki,beynəlxalq səhiyyə hüququna görə bu ən yüksək həyacan səviyyəsidir. Üst işçiləri yerindəcə işlərin araşdırılmasına, əlaqələrin izlənilməsinə, risklərin bildirilməsinə və ictimaiyyətin iştirakına kömək edirlər.
ÜST-nin ehtiyat fondundan təxminən 1,5 milyon dollar ayrılıb. Bu, son iki ildə ikinci meymun çiçəyi epidemiyasıdır. 2022-ci ilin iyul ayında ÜST bu infeksiyaya görə ictimai səhiyyədə fövqəladə vəziyyət elan etdi. Bu rejim 2023-cü ilin mayında ləğv edilib.
ÜST-ün məlumattına görə, epidemiya başlayandan bəri 111 ölkədə 87 mindən çox yoluxma qeydə alınıb, 140 nəfər ölüb.
Almaz Həsənli