Hindistanda 14 nəfər naməlum xəstəlikdən dünyasını dəyişib
Hindistanın Qucarat əyalətinin Kutch rayonunda yeddi kənddə "sirli" qızdırma tüğyan edib, 14 nəfər, o cümlədən altı uşaq ölüb, The Times of India xəbər verir.
Hindistanın Səhiyyə naziri Ruşikeş Patel vəziyyəti qiymətləndirmək üçün təcili iclas çağırıb. O bildirib ki, sentyabrın 3-dən sentyabrın 10-dək rayonda 48 yeni naməlum xəstəliyə yoluxma faktı müəyyən edilib.
Qucarat hökuməti zərər çəkmiş ərazilərə mütəxəssis həkimlər və 50 tibbi qrup göndərib. Ştat xəstəxanaları 100 təcridxana və 30 ventilyator hazırlayıb.
Nazir əmin edib ki, vəziyyət ciddi olsa da, Covid-19 kimi bir epidemiya təşkil etmir. O, sakinlərin bəziləri pnevmonitə - çapıqla müşayiət olunan ağciyər alveolalarının damar divarının iltihabına bənzəyən əlamətlər aşkar edilərsə, dərhal həkimə müraciət etməyə çağırıb.
Yoluxmuşların testləri Gujarat Biotexnologiya Araşdırma Mərkəzinə və Pune Milli Virusologiya İnstitutuna göndərilib.
Oxuməni.az