Bir qadın eyni körpəni iki dəfə dünyaya gətirib
Böyük Britaniya sakini döldə inkişaf etməyə başlayan xəstəliyə görə həkimlərin tövsiyəsi ilə iki dəfə uşaq “doğmağa” razılaşıb. Bu barədə “Daily Mail” məlumat yayıb.
23 yaşlı ana öyrənib ki, oğlan uşağı çox güman ki, hamiləliyin ilk dövrlərində onurğa beyin yırtığı (spina bifida) ilə doğulacaq. Prosesin inkişafının qarşısını almaq üçün britaniyalı qadın altıncı ayda əməliyyat olunub. Həkimlər uşağı çıxarıb, qüsurun bir hissəsini düzəldərək geri qaytarıblar.
Nəticədə ikinci dəfə körpə 38 həftəlik doğulub. Bundan sonra yeni doğulmuş körpə daha 8 gün reanimasiyada qalıb. Bundan sonra oğlan daha bir neçə əməliyyat keçirib.
Həkimlər bildiriblər ki, böyük ehtimalla uşaq diaqnoza görə yeriyə bilməyəcək. Ancaq anasının dediyinə görə, bir il ərzində fizioterapiyanın köməyi ilə o, irəliləyiş əldə edib və bu, valideynlərdə oğlunun hələ də təkbaşına yeriyə biləcəyinə ümid verir.
Mənbəyə görə, Böyük Britaniyada hər il 600-ə yaxın uşaq onurğa beyin yırtığı ilə doğulur.
Almaz Həsənli