
Böyük Britaniyada transseksual kişi təbii yolla uşaq dünyaya gətirərək ata olub
Malaxiya Klark Böyük Britaniyada təbii yolla uşaq dünyaya gətirən ilk transseksualdır, oğlunun demək olar ki, iki yaşı var.
Bu barədə martın 9-da “The Mirror” nəşri məlumat yayıb.
Malaxiya Klark qadın doğulub. 17 yaşında o, transseksual olaraq ortaya çıxıb və bir neçə ildən sonra kişi hormonu testosteronu qəbul etməyə başlayıb. 19 yaşında Klark döşün götürülməsi üçün mürəkkəb əməliyyat keçirib.
Üç il əvvəl o, həyatının sevgisi, uşaq baxımı mütəxəssisi olan Çarli ilə tanış oldu. Tanışlıqdan 18 il əvvəl Klark şiddətli sızanaq səbəbiylə testosteron qəbul etməyi dayandırmışdı.Bu, həm də təbii yolla uşaq dünyaya gətirmək prosesini asanlaşdırdı.
Bir ay sonra cütlük uşaq gözlədiklərini öyrəndi. İndi oğullarının iki yaşı var.
“Oğlumuz mənə ata deyir, Çarliyə də ata deyir. Biz istəyirik ki, insanlar transgender olmağın müsbət tərəflərinin olduğunu görsünlər. Media bizi yırtıcı kimi təsvir edir, amma biz həyatımızı yaşayan sadəcə cütlüklərik. Biz sağlam, xoşbəxt həyat yaşayırıq və transların ailə sahibi ola biləcəyinə açıq olmaq istəyirik”, - deyə media Malaxiya Klarkdan sitat gətirir.
Almaz Həsənli