
2025-ci ildə dünyada malyariyadan 100 mindən çox insan ölə bilər
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə keçirdiyi brifinqdə bildirib ki, 2025-ci ildə ABŞ-ın malyariya ilə mübarizəyə ayırdığı maliyyənin başa çatması səbəbindən dünyada 100 minə yaxın insan ölə bilər.
"Son iki onillikdə Birləşmiş Ştatlar malyariya ilə mübarizənin ən böyük ikitərəfli donoruna çevrilərək, təqribən 2,2 milyard hadisənin və 12,7 milyon ölümün qarşısını almağa kömək etdi. Əgər maliyyələşmənin dayandırılması davam edərsə, təkcə bu il malyariyadan əlavə 15 milyon hadisə və 107,000 ölüm hadisəsini görə bilərik, bu, 15 illik irəliləyişi geriyə çevirdi".
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp ölkənin ÜST-dən çıxması ilə bağlı sərəncam imzalayıb. Yeni administrasiya hesab edir ki, ÜST səmərəsizdir, siyasi təsir altındadır və ABŞ-dan həddən artıq maliyyə tələb edir.
Malyariya ağcaqanad dişləməsi ilə ötürülən bir infeksiyadır. ÜST daha əvvəl bildirmişdi ki, irəliləyişlərə baxmayaraq, Afrika regionu ölümcül xəstəlikdən ən çox zərər çəkən bölgə olaraq qalır.
Əziz Mustafa, Oxuməni.az