Azərbaycanda “R-Pharm” zavodu Rusiya insulininin istehsalına başlayıb

Azərbaycanda “R-Pharm” zavodu Rusiya insulininin istehsalına başlayıb

27 May 16:17
Bəyəndim (3) Bəyənmədim (0)

Rusiyanın “Gerofarm” şirkəti Azərbaycanda insulin istehsalını lokallaşdırmaq qərarına gəlib – diabet xəstələri üçün həyati vacib preparat Azərbaycanın “R-Pharm” şirkətlər qrupunun zavodunda istehsal olunmağa başlayıb.
Azərbaycanın “R-Pharm” şirkətlər qrupunun Pirallahı sənaye parkındakı zavodunda Rusiyanın iri əczaçılıq şirkətinin “Gerofarm”ın xammalından istehsal olunan ilk insulin tezliklə Azərbaycan apteklərinə gətiriləcək.
“Sputnik Qazaxıstan” xəbər verir ki, bundan əvvəl şirkətlər Azərbaycanda sosial əhəmiyyətli xəstəliklərin müalicəsi üçün dərman preparatlarının lokallaşdırılması sahəsində strateji tərəfdaşlıq elan ediblər.
"Azərbaycanda insulin istehsalının lokallaşdırılması xəstələr üçün həyati vacib dərman vasitələrinin əlçatanlığının artırılması istiqamətində mühüm addımdır. İnsulinin ilk partiyasının buraxılması bazarı yüksək keyfiyyətli dərmanlarla təmin etməyə davam etməyə hazır olduğumuzu təsdiqləyir" - R-Pharm zavodunun baş direktoru Nataliya Badanina deyib.
Diabetin müalicəsi üçün insulin sınaqdan keçmiş və sübut edilmiş effektiv Rusiya xammalından istehsal olunur. R-Pharm zavodu həmçinin üç növ dərman üçün ikinci dərəcəli qablaşdırma istehsal edir: RinGlar (insulin glargine), RinFast (insulin aspart), RinFast Mix (ikifazalı insulin aspart).
Birinci istehsal kampaniyası başa çatıb, indi artıq mülki dövriyyəyə buraxılmış dərman vasitələrinin kommersiya satışına başlanılır.
Xatırladaq ki, hazırda Azərbaycan endokrinoloqlarında 300 mindən çox şəkərli diabet xəstəsi qeydiyyatdadır və onların sayı durmadan artır: təkcə son 4 ildə bu, 63 min nəfər artıb. 30 min xəstəyə insulindən asılı diabet diaqnozu qoyulub.
Çox vaxt dərialtı olaraq tətbiq olunan insulin xəstəyə normal həyat tərzini saxlamağa imkan verən yeganə dərmandır - xəstəni sağalmaz xəstəlikdən xilas etməyin başqa yolu yoxdur.

Almaz Həsənli