ABŞ-da 30 il əvvəl dondurulmuş embriondan körpə doğulub

ABŞ-da 30 il əvvəl dondurulmuş embriondan körpə doğulub

31 İyul 11:53
Bəyəndim (5) Bəyənmədim (0)

ABŞ-da 30 il əvvəl dondurulmuş embriondan körpə doğulub.
Oxuməni.az-ın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə “MIT Technology Review” yazır.
Taddeus Daniel Pirs iyulun 26-da 1994-cü ildə dondurucu kameraya qoyulmuş embriondan dünyaya gəlib. Körpəni vaxtilə dölü dondurmağa qərar verən qadın deyil, başqa bir qadın dünyaya gətirib. Hazırda oğlanın bioloji valideynlərindən 30 yaşlı bacısı var.
Yeni doğulan körpəyə artıq “ən yaşlı uşaq” deyirlər. Bir vaxtlar öz embrionunu klinikaya bağışlayan 62 yaşlı Linda Arçerd hadisəni "sürreal" adlandırıb. Onun sözlərinə görə, o, təkbaşına uşaq dünyaya gətirə bilmədiyi üçün o vaxtkı yeni IVF texnologiyasından istifadə edib. Həkimlər onun yumurtalarından dörd embrion ala bilsələr də, əri yalnız bir uşağa razılıq verib. Nəticədə, qadın ərindən boşanıb.
Linda bir daha, bəlkə də başqa bir partnyorla uşaq dünyaya gətirməyə ümidini itirmədiyi üçün, embrionları qorumağa qərar verdi. Bədəni artıq uşaq dünyaya gətirə bilməyəndə o, embrionları başqa cütlüklərə bağışlamağa qərar verdi. Onların saxlanılması üçün hər il təxminən min dollar ödəyirdi. İndi onlardan birindən bioloji oğlu dünyaya gəldiyi üçün, deyir ki, qoyulan vəsait özünü doğrultdu.
Almaz Həsənli