
Alimlər insan saçından hazırlanan diş pastasının kariesi müalicə edə biləcəyini bildiriblər
London Kral Kollecinin tədqiqatçıları aşkar ediblər ki, insan saçından hazırlanan diş pastası zədələnmiş dişləri flüor tərkibli məhsullardan daha yaxşı bərpa edə bilir. Bu barədə “Daily Mail” yazır.
Saçdan çıxarılan keratinin kariesi (diş çürüməsi) erkən mərhələdə müalicə edə biləcəyi ifadə edilir.
Tədqiqatın baş müəllifi Şerif Elşarkavi deyib: “Biz biotexnologiyanın təkcə simptomları müalicə etməyə deyil, həm də orqanizmin öz materiallarından istifadə edərək bioloji funksiyaları bərpa etməyə imkan verdiyi həyəcanverici bir dövrə qədəm qoyuruq”.
Onun sözlərinə görə, diş minası insan orqanizmində ən sərt maddə olsa da, turşulu, şirin qidalar və ağız boşluğunun gigiyena qaydalarına riayət edilməməsi səbəbindən nazikləşir. Tərkibində flüor olan diş məcunları mənfi prosesləri ləngitməyə kömək edir, lakin onları tamamilə dayandıra bilmir.
Dişləri sonsuza qədər güclü edə bilən insan orqanizmi tərəfindən istehsal olunan keratindir.
"Keratin dişlərə tətbiq edildikdə, minanın strukturunu və funksiyasını təqlid edən sıx mineral təbəqə əmələ gətirir. Keratin tüpürcəkdə təbii olaraq mövcud olan minerallarla reaksiyaya girərək "yüksək təşkil olunmuş, kristala bənzər çərçivə" əmələ gətirir. Bu çərçivə daha sonra tüpürcəkdən kalsium və fosforu udmağa davam edərək, dişin ətrafında “emaye” təbəqəsinin böyüməsinə səbəb olur”, məqalədə deyilir.
Alimlər deyirlər ki, keratin əsaslı diş pastaları iki-üç ildən sonra hazır ola bilər.
Almaz Həsənli