Çində ilk dəfə transgen donuz ağciyəri insan orqanizminə köçürülüb

Çində ilk dəfə transgen donuz ağciyəri insan orqanizminə köçürülüb

11:23
Bəyəndim (2) Bəyənmədim (0)


Çin alimləri ilk dəfə olaraq hüceyrələri kəskin immun reaksiya yaratmayan transgen donuzun ağciyərini kliniki ölüm vəziyyətində olan xəstənin bədəninə köçürüblər. Bu barədə “Nature Medicine” yazır.
Əməliyyat beyin ölümü ilə nəticələnən 39 yaşlı kişi üzərində aparılıb və geni dəyişdirilmiş donuzun köçürülmüş sol ağciyəri 9 gün ərzində canlılığını qoruyub.
“Biz bu təcrübəni ilk dəfə həyata keçirdik və göstərdik ki, transplantasiya edilmiş ağciyər 216 saatdan çox müddət ərzində canlı və funksional olaraq qalır”, - nəşr yazır.
Nyu York Universitetinin Langone Transplantasiya İnstitutundan doktor Castin Çan işi perspektivli adlandırıb, lakin nəql edilən ağciyərlərin hələ xəstənin həyatını müstəqil şəkildə dəstəkləmək iqtidarında olmadığını açıqlayıb.
Almaz Həsənli