Rusiyalı qadında diametri yarım metrdən çox olan 20 kiloqramlıq şiş çıxarılıb

Rusiyalı qadında diametri yarım metrdən çox olan 20 kiloqramlıq şiş çıxarılıb

14:30
Bəyəndim (1) Bəyənmədim (0)


Moskva vilayətinin sakinində diametri yarım metrdən çox olan 20 kiloqramlıq şiş çıxarılıb. Oxuməni.az-ın “Lenta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə “Baza” nəşri Telegram kanalında məlumat yayıb.
Korolev şəhərindən 46 yaşlı qadın qarnının şişməsi və halsızlıqdan şikayət edərək həkimlərə müraciət edib. Müayinə zamanı rus qadınının qarnında və çanaq nahiyəsində sanki bədəninin demək olar ki yarısını tutan nəhəng şiş aşkar edilib. Şişin diametri 50 santimetrdən çox, çəkisi isə 20 kiloqramdan çox idi.
Təcrübəli ginekoloji onkoloqlar və anestezioloqlar şişi müvəffəqiyyətlə çıxardıblar və onun bədxassəli olduğu da müəyyən edilib.
Hazırda xəstə özünü yaxşı hiss edir və müalicə üçün evə göndərilib.
Almaz Həsənli