Ağrıkəsici dərmanlar onkoloji xəstəliklərə qarşı silaha çevrildi
Bəzi ağrıkəsicilər yalnız xəstələrin əzablarını yüngülləşdirməklə yanaşı, şiş böyüməsini də dayandıra bilər. Cons Hopkins Universiteti Tibb Məktəbinin tədqiqatçıları artıq təsdiqlənmiş iki dərmanın - bupivakain və rimegepantın - sümük xərçənginin ən aqressiv formalarından biri olan osteosarkomanın böyüməsini yavaşlada biləcəyini göstəriblər.
Oxuməni.az-ın məlumatına görə, tədqiqatın nəticələri “Proceedings of the National Academy of Sciences” (PNAS) materiallarında dərc olunub.
Alimlər hər iki dərmanın şişdə qan damarlarının və sinir liflərinin böyüməsini stimullaşdıran NGF və TrkA zülallarını pozaraq sinir hüceyrələri və şişlər arasındakı siqnalları blokladığını aşkar ediblər. Siçan təcrübələrində bu blokada yalnız ağrını azaltmayıb, həm də xərçəng hüceyrələrinin yayılmasının qarşısını alıb.
Tədqiqatın aparıcı müəllifinə görə, tapıntılar mövcud ağrıkəsicilərin xərçəng əleyhinə vasitələr kimi yenidən istifadə edilməsi perspektivini açır. Alimlər ümid edirlər ki, bu tapıntılar ağrı nəzarətini şiş böyüməsinin qarşısının alınması ilə birləşdirən osteosarkoma üçün yeni müalicələrin hazırlanmasına gətirib çıxaracaq.
Almaz Həsənli






























































































