Diabetdə qan göstəricilərini yaxşılaşdırmaq üçün sadə üsul açıqlanıb

Diabetdə qan göstəricilərini yaxşılaşdırmaq üçün sadə üsul açıqlanıb

13:55
Bəyəndim (2) Bəyənmədim (0)


Ardıcıl olaraq 11 randomizə edilmiş klinik tədqiqatın nəticələrini təhlil edən tədqiqatçılar belə qənaətə gəliblər ki, Aralıq dənizi tipli qidalanma 2-ci tip diabetə nəzarəti yaxşılaşdıra bilər.
Oxuməni.az “Lenta.ru”-ya istinadən xəbər verir ki, araşdırma "Nutrients" jurnalında dərc olunub.
Aralıq dənizi pəhrizinə riayət edən insanlarda qan şəkəri səviyyəsi və bədən çəkisi orta hesabla azalıb. Son 2-3 ay ərzində qanda qlükozanın orta səviyyəsinin göstəricisi olan HbA1c təxminən 0,3 faiz, acqarına qlükoza səviyyəsi demək olar ki, 0,9 mmol/l, bədən kütləsi indeksi isə nəzarət pəhrizləri ilə müqayisədə demək olar ki, 1 kq/m² azalıb.
Ürək-damar göstəricilərində də yaxşılaşmalar müşahidə olunub. Tədqiqat iştirakçılarında "pis" xolesterin səviyyəsi daha aşağı, qan təzyiqi, xüsusilə diastolik təzyiq bir qədər aşağı olub. Ən nəzərəçarpacaq təsir əvvəllər "Qərb" tipli - çoxlu emal olunmuş qidalarla qidalanan insanlarda qeydə alınıb.
Müəlliflər qeyd edirlər ki, pəhrizin təsiri mülayim, lakin uzun müddət riayət edildikdə sabit və klinik cəhətdən əhəmiyyətlidir. Aralıq dənizi pəhrizi dərmanları əvəz etmir, lakin 2-ci tip diabetin standart müalicəsinə faydalı və əlçatan əlavə ola bilər.
Almaz Həsənli