COVID-19 və Alzheimer xəstəliyi arasında gözlənilməz əlaqə aşkarlandı
Uzun müddət davam edən COVID-19-un nevroloji simptomları olan insanlarda qanında neyrodegenerativ xəstəliklərlə əlaqəli bir marker olan tau-protein səviyyəsinin yüksəldiyi aşkar edilib. Oxuməni.az xəbər verir ki, bu qənaətə Stouni-Bruk Universitetinin tədqiqatçıları gəliblər və işin nəticələrini “eBioMedicine” jurnalında dərc ediblər.
Alimlər COVID-19 keçirmiş və baş ağrısı, başgicəllənmə, tarazlıq və qoxu pozğunluğu ilə üzləşmiş 227 nəfərin məlumatlarını təhlil ediblər. Yoluxmadan əvvəl aparılan analizlərlə müqayisədə, onların plazmasında patoloji tau-protein (pTau-181) səviyyəsi orta hesabla 59 faiz daha yüksək olub. Nəzarət qrupunda – uzun müddət davam edən COVID-19-u olmayan və ya nevroloji simptomları olmayan insanlarda – belə bir artım müşahidə olunmayıb.
Tau-protein səviyyəsinin artması, xüsusən də simptomları bir il yarımdan çox davam edən iştirakçılarda daha kəskin olub. Müəlliflər bunun Alzheimer xəstəliyinin qaçılmaz inkişafı demək olmadığını, lakin infeksiyadan sonra beyində uzunmüddətli dəyişikliklərə işarə edə biləcəyini vurğulayırlar.
Tədqiqatçılar qeyd edirlər ki, tau-protein səviyyəsinin artmasının gələcəkdə kognitiv pozğunluq riskinin real olması ilə əlaqəli olub-olmadığını anlamaq üçün əlavə müşahidələr və neyrovizualizasiya tədqiqatları lazımdır. Bununla belə, bu iş, COVID-19-un nəticələrinin infeksiyadan illər sonra da beyinə təsir edə biləcəyi ilə bağlı narahatlıqları artırır.
Almaz Həsənli








































.jpg-1-1.jpg)
.jpg-2-2.jpg)
.jpg-1-1.jpg)












.jpg)






































