Dietoloq təzə sıxılmış şirələrin mədə və damarlar üçün təhlükələrini açıqlayıb
Səhərlər populyar olan bu içki ikiqat zərbə vura bilər – həzm sistemi və damarlar üçün. Həkim-dietoloq Yelena Solomatina "Abzats"a verdiyi müsahibədə ac qarnına təzə sıxılmış şirə qəbulu ilə bağlı ciddi sağlamlıq riskləri barədə xəbərdarlıq edib.
Ekspertin izah etdiyi kimi, əsas təhlükə üzvi turşuların və şəkərin yüksək konsentrasiyasında gizlənir. Turşular mədənin selikli qişasına aqressiv təsir göstərir, xüsusən də insanda qastritə meyllilik varsa. Lifsiz, yəni bütöv meyvələrdə olan lif olmadan qana böyük miqdarda şəkərin sürətlə daxil olması isə kəskin insulin ifrazına səbəb olur. Bu, damarlara zərər verir və şəkərli qazlı içkilərin qəbulu ilə müqayisədə zərərli hesab olunur.
Həkimin xüsusilə narahat olduğu məqam isə ac qarnına təzə sıxılmış şirəni qəhvə və siqaretlə birləşdirməkdir. Solomatina qeyd edib ki, belə bir vərdiş mədə xorasının inkişafı üçün ideal şərait yaradır ki, bu da öz növbəsində onkoloji xəstəliklər üçün risk faktorudur.
Ekspert vurğulayıb ki, risklər təkcə artıq diaqnoz qoyulmuş mədə-bağırsaq problemləri olan insanları deyil, həm də nisbətən sağlam insanları əhatə edir. Ac qarnına mütəmadi olaraq şirə qəbulu zamanla ciddi pozğunluqlara səbəb ola bilər.
Almaz Həsənli







































.jpg)
.jpg)
.jpg)










.jpg)







































