Alimlər kişilərdə də aybaşının olduğunu aşkar ediblər

Alimlər kişilərdə də aybaşının olduğunu aşkar ediblər

15:34
Bəyəndim (2) Bəyənmədim (0)


Qeyri-adi araşdırma X sosial şəbəkəsində dərc olunub. Həkimlər iddia edirlər ki, kişilərdə onların emosiyalarına və ümumi sağlamlıqlarına təsir edən bioloji dövrlər mövcuddur. Qadınların aybaşısından fərqli olaraq, kişilərdə hormonal dövr sutkalıqdır: testosteronun pik həddi səhər saatlarına, 7-dən 9-a qədər düşür. Bu zaman kişilər özlərini ən enerjili və inamlı hiss edirlər. Oxuməni.az-ın məlumatına görə, bu barədə "Layf.ru" yazır.
Lakin axşama doğru testosteron səviyyəsi azalır ki, bu da əsəbilik və yorğunluğa səbəb ola bilər. Bundan əlavə, kişilərdə 3-7 gün davam edən qısamüddətli emosional enişlər müşahidə olunur ki, bu da stress və yuxu çatışmazlığı ilə əlaqədar ola bilər. Belə anlarda təcrid olunma istəyi və libidonun azalması tez-tez rast gəlinir.
Həkimlər vurğulayırlar ki, dəstək axtaran qadınlardan fərqli olaraq, kişilər çox vaxt özlərinə qapanırlar. Bu dövrlərə məhəl qoymamaq və istirahətin olmaması tükənməyə, depressiyaya və ereksiya problemlərinə səbəb ola bilər.
Almaz Həsənli