Böyük Britaniyada ilk dəfə olaraq vəfat etmiş donordan köçürülmüş uşaqlıqdan sonra körpə dünyaya gəlib
Qadın, Böyük Britaniyanın tarixində ilk dəfə olaraq, ölümündən sonra orqan bağışlayan donordan köçürülmüş uşaqlıqdan sonra körpə dünyaya gətirərək, qabaqcıl milli tədqiqat proqramı üçün daha bir böyük nailiyyətə imza atıb. Oxuməni.az xəbər verir ki, bu barədə "Euronews" məlumat yayıb.
Uşaqlığı olmadan doğulan Qreys Bell, 2025-ci ilin dekabrında keysəriyyə əməliyyatı ilə Londondakı “Queen Charlotte’s and Chelsea” xəstəxanasında sağlam oğlan uşağı, Xuqo Riçard Norman Pauelli dünyaya gətirib.
O, Böyük Britaniyada uşaqlıq köçürülməsindən sonra uşaq dünyaya gətirən ikinci qadın, vəfat etmiş donordan köçürülmədən sonra isə ilk qadın olub. Tədqiqat qrupu hesab edir ki, Xuqo Avropada ölümündən sonra orqan bağışlayan donordan köçürülmüş uşaqlıqdan dünyaya gələn üçüncü körpədir.
"Mənim donorumu və onun ailəsini kifayət qədər təşəkkür etməyə sözlərim yoxdur. Tamamilə tanımadığı bir insana qarşı göstərdikləri xeyirxahlıq və fədakarlıq sayəsində mən ömrümün arzusu olan ana olmaq xəyalımı həyata keçirə bildim", - Bell deyib.
"Ümid edirəm ki, onlar bilirlər: mənim uşağım həmişə onların inanılmaz hədiyyəsini və onun dünyaya gəlməsinə səbəb olan möcüzəni biləcək", - o əlavə edib.
Köçürmə, “Womb Transplant UK” xeyriyyə təşkilatı tərəfindən maliyyələşdirilən təsdiqlənmiş elmi proqram olan Böyük Britaniyanın INSITU (UK Investigational Study into Transplantation of the Uterus) tədqiqat layihəsi çərçivəsində həyata keçirilib.
Donurun valideynləri qızlarının qoyub getdiyi "mirasla böyük fəxr etdiklərini" bildiriblər. "Orqan bağışlaması sayəsində o, digər ailələrə dəyərli vaxt, ümid, sağalma və indi də həyat bəxş edib."
Uşaqlıq köçürmə əməliyyatından sonra Bell, Londondakı “Lister Fertility Clinic”-də IVF müalicəsi və embrion köçürülməsindən keçib, bundan sonra həkimlər onun hamiləliyini diqqətlə izləyiblər.
Almaz Həsənli








































































.jpg)
.jpg)
.jpg)

















