ABŞ-da qızılca kütləvi şəkildə yayılmaqda davam edir

ABŞ-da qızılca kütləvi şəkildə yayılmaqda davam edir

16:20
Bəyəndim (1) Bəyənmədim (0)


Konnektikutdakı Yel İctimai Səhiyyə Məktəbinin tədqiqatçılarının apardığı araşdırmaya görə, ABŞ-da uşaqlıq dövründə peyvənd nisbətlərinin azalması fonunda qızılca hallarının artması müşahidə olunur.

Tədqiqatçıların fikrincə, keçən il qızılca epidemiyalarının nəticələri ölkəyə 244,2 milyon dollara başa gəlib. Qızılca, parotit və məxmərək peyvənd nisbətlərinin hazırkı azalma tempində bu xərclər beş il ərzində 7,8 milyard dollara qədər arta bilər.

Bundan əlavə, tədqiqatçılar qeyd edirlər ki, 2030-cu ilə qədər peyvənd nisbətlərində minimal azalma - 1% olsa belə, infeksiyaların sayı ildə 17.000-i keçəcək və bu da 4000-dən çox xəstəxanaya yerləşdirilməyə və onlarla ölümə səbəb olacaq.

Lakin tədqiqatçılar israr edirlər ki, hətta bu hesablamalar da az qiymətləndirilə bilər, çünki ölümcül nəticələrlə əlaqəli uzunmüddətli ağırlaşmalar və iqtisadi xərclər tam proqnozlaşdırıla bilməz.

Ötən ilin dekabr ayında ABŞ Prezidenti Donald Tramp Səhiyyə və İnsan Xidmətləri Nazirliyinə dünyada peyvənd cədvəllərinin nəzərdən keçirilməsini sürətləndirməyi və ABŞ peyvənd cədvəlini "elmin və sağlam düşüncənin qızıl standartına" uyğunlaşdırmağı tapşırdı.

Mövcud uşaqlıq peyvənd cədvəlini tənqid edən o, iddia etdi ki, orada "lazım olduğundan daha çox peyvənd var". Daha sonra Tramp təkcə özünün deyil, həm də "bir çox valideyn və elm adamının" bu cədvəlin effektivliyinə şübhə ilə yanaşdığını iddia etdi.
Əziz MUSTAFA