Dəridəki görüntü mədəaltı vəzi xərçənginin simptomu müəyyən edilib

Dəridəki görüntü mədəaltı vəzi xərçənginin simptomu müəyyən edilib

14:12
Bəyəndim (1) Bəyənmədim (0)


Dərinin qəfil saralması mədəaltı vəzi xərçənginin əlamətlərindən biri ola bilər. Bu xəstəlik çox vaxt son mərhələlərdə aşkar edilir. Bu barədə ispan əczaçı və sanitariya maarifi mütəxəssisi Sentó Segarra məlumat verib. Oxuməni.az xəbər verir ki, onun sözlərini "El Confidencial" nəşri yayıb.
Mütəxəssisin sözlərinə görə, dəri rənginin dəyişməsi öd axınının pozulması ilə əlaqədardır. Mədəaltı vəzi şişi öd yollarını sıxa və ya tıxaya bilər, nəticədə orqanizmdə bilurubin - dəriyə və selikli qişalara sarımtıl rəng verən öd piqmenti toplanır.
Segarra qeyd edib ki, dəri saralması ilə yanaşı digər əlamətlər də görünə bilər. Bunlar arasında gözlərin ağ təbəqəsinin saralması, sidiyin tündləşməsi, nəcisin açıq və ya solğun olması, qarın nahiyəsində ağrı, səbəbsiz arıqlama və həzm problemləri, xüsusilə yağlı qida qəbulundan sonra müşahidə olunur.
Mütəxəssis digər narahatlıq doğuran əlamət kimi görünən səpgilər olmadan dəridə davamlı qaşınmanı göstərib. Onun sözlərinə görə, bu əlamət də qanda bilurubin səviyyəsinin yüksəlməsi ilə əlaqəli ola bilər. Ən çox qaşınma əllərin içində və ayaqların dabanında baş verir və uzun müddət davam edə bilər.
Ekspert vurğulayıb ki, mədəaltı vəzi xərçəngi yüksək ölüm səviyyəsinə görə ən təhlükəli onkoloji xəstəliklərdən biri hesab olunur. Səbəblərdən biri də xəstəliyin çox vaxt gizli inkişaf etməsi və onun erkən əlamətlərini xəstələrin çox vaxt stress, qidalanma xüsusiyyətləri və ya susuzluqla əlaqələndirməsidir.
Segarra belə əlamətləri görməməzlikdən gəlməməyi və onların yaranması zamanı həkimə müraciət etməyi tövsiyə edib. Eyni zamanda, o vurğulayıb ki, dəri saralması və qaşınma həmişə xərçəng xəstəliyini göstərmir və qaraciyər, öd kisəsi və ya öd yollarının digər pozğunluqları ilə əlaqəli ola bilər.
Almaz Həsənli