Qulaq kirinin çox olması şəkərli diabetdən xəbər verə bilər
Qulaq kirinin (Lат. cerumen, Qulaq mumu) miqdarı metabolik sindrom, hiperxolesterinemiya, şəkərli diabet, qulaq kanalının qıcıqlanması (məsələn, uzun müddət qulaqlıq taxmaq), anatomik səbəblər və ya stress zamanı arta bilər. Oxuməni.az xəbər verir ki, bu barədə Piroqov adına Universitetin otorinolarinqologiya kafedrasının professoru Yelena Radsiq "Qazeta.ru"-ya müsahibəsində bildirib.
Qulaq kiri xarici qulaq kanalının dərisini nəmləndirən və tərkibində bir sıra yerli müdafiə amilləri (lizozim, immunoqlobulin A) olan vacib bir təbii müdafiə vasitəsidir. Tər vəzilərinin ifrazatı ilə birlikdə o, göbələk və bakteriyaların çoxalmasının qarşısını alan turş mühit (pH səviyyəsi 4,5-5,0) yaradır.
"Onun miqdarı bir çox amillərdən asılıdır. Məsələn, qulaq kirinin artmasının səbəbləri arasında hər bir insana xas olan genetik və anatomik xüsusiyyətlər (məsələn, qulaq kanalının əyri və dar olması), xarici cisimlərin qulaq kanalını qıcıqlandırması (qulaqlıqların, telefon qarniturlarının, eşitmə aparatlarının uzun müddət qulaqda qalması), emosional stressə reaksiya, metabolik sindrom, hiperxolesterinemiya və şəkərli diabet ola bilər. Həmçinin uşaqlarda, yeniyetmələrdə və yaşlı insanlarda qulaq kiri çox ola bilər", - deyə həkim izah edib.
Professor məsləhət görür ki, əgər qulaqda kirin həddindən artıq çox olduğu hiss edilərsə, hər şeyi özbaşına təmizləməyə çalışmaqdansa, həkimə müraciət etmək daha yaxşıdır
"Həddindən artıq kir olduqda qulaq çöpü (və ya digər əşyalar) istifadə etmək lazım deyil, xüsusi preparatlara — serumenolitiklərə diqqət yetirmək və ya qulaq tıxaclarını həkimə təmizlətmək daha məqsədəuyğundur. Məsələ ondadır ki, qulaq özünü təmizləyə bilir: danışarkən, udqunarkən və çeynəyərkən xarici qulaq kanalının divarlarının hərəkəti nəticəsində onun kir kütlələrindən "öz-özünə təmizlənməsi" mümkündür. Əgər qulaqları özbaşına təmizləsəniz, kirin qulaq kanalını "tıxama" riski yaranır", - deyə həkim qeyd edib.
Almaz Həsənli












.jpg)

.jpg)


.jpg)

.jpg)

.jpg)

.jpg)










.jpg)
.jpg)
.jpg)

















.jpg)







.jpg)
.jpg)






























