Həkim bir neçə KT, rentgen və flüoroqrafiya müayinəsini ard-arda etməyin mümkün olub-olmadığını açıqlayıb

Həkim bir neçə KT, rentgen və flüoroqrafiya müayinəsini ard-arda etməyin mümkün olub-olmadığını açıqlayıb

12:14
Bəyəndim (1) Bəyənmədim (0)

Radiasiya yükü cəmlənir, lakin hətta bir neçə müayinənin ard-arda edilməsi belə orqanizmə zərər vermir, çünki onlar minimal yük yaradır. Oxuməni.az xəbər verir ki, Piroqov adına Universitetin şüa diaqnostikası kafedrasının assistenti Kira Yaqubova "Qazeta.ru"-ya bildirib ki, məsələn, bir flüoroqrafiya müayinəsi qısa müddətli təyyarə uçuşuna və ya metrodan bir neçə dəfə istifadəyə bərabərdir.

"Birincisi, ultrasəs (USM) və ya MRT kimi müayinələr var ki, onların radiasiya yükü yoxdur, yəni zərərli ola bilməzlər. Rentgenoqrafiya, kompüter tomoqrafiyası (KT) və digər bu kimi müayinələrin isə həqiqətən də zivert ilə ölçülən radiasiya yükü var. Sadəcə, müayinələr zamanı doza millizivert ilə ölçülür: yəni bir flüoroqrafiya etdirmək qısa müddətli təyyarə uçuşuna və ya metrodan bir neçə dəfə istifadəyə bərabərdir", — deyə həkim izah edib.

Həkimin sözlərinə görə, radiasiya yükü cəmlənsə də, əgər müayinəniz əsaslandırılıbsa və konkret məqsədi varsa, heç bir müddət gözləməyə ehtiyac yoxdur.

"Axı tibbin əsas prinsipi olan "Zərər vermə" müasir şüa diaqnostikasında da öz əksini tapıb. Bu, ALARA ("As Low As Reasonably Achievable" — "ağıllı və mümkün olan qədər aşağı") prinsipidir: yəni radiasiyaya məruz qalma səviyyəsi ağlabatan və mümkün olan qədər aşağı olmalıdır. Bu prinsip çoxsaylı sənədlərlə tənzimlənir. Müvafiq olaraq, bu gün diaqnostik müayinələr zamanı hər hansı mənfi nəticələrə səbəb ola biləcək radiasiya yükü almaq demək olar ki, mümkün deyil", — deyə Yaqubova fikrini yekunlaşdırıb.

Almaz Həsənli