Belçika təhlükəsizlik baxımından İsraillə matça ev sahibliyi etməyəcək

Belçika təhlükəsizlik baxımından İsraillə matça ev sahibliyi etməyəcək

17 İyul 08:03
Bəyəndim (0) Bəyənmədim (0)

Belçika təhlükəsizliklə əlaqədar olaraq sentyabrın 6-da İsraillə keçiriləcək Millətlər Liqası matçına ev sahibliyi etməyəcəyini açıqlayıb. Qarşılaşmanın Budapeştdə keçirilməsi ehtimalının olduğu bildirilib.

Belçika Futbol Federasiyası (RBFA) Brüsselin təhlükəsizlik baxımından İsraillə sentyabrın 6-da Millətlər Liqası matçına ev sahibliyi etməyəcəyini açıqlayıb.

Keçən ay Brüsseldən verilən açıqlamada nümayişlərə səbəb ola biləcəyi üçün matçın Kral Baudouin stadionunda oynanmayacağı bildirilib.

Rəsmilər İsrail-Fələstin münaqişəsi ilə bağlı gərginlik səbəbindən şəhərdə "bu çox riskli matçın təşkilini qeyri-mümkün" hesab etmişdilər.

Belçikanın digər şəhərləri də matça ev sahibliyi etməkdən imtina ediblər.

Ev sahibi şəhər hələ müəyyən edilməsə də, seçim kimi Serbiyanın paytaxtı Budapeşt göstərilir…

Oxuməni.az