Alimlər hansı cinsin daha çox yorulduğunu aşkar ediblər
Beynəlxalq alimlər qrupu müşahidəçilərin sistematik olaraq qadınların yorğunluğunu lazımi səviyyədə qiymətləndirmədiyini, kişilərin isə sosial stereotiplərlə əlaqəli olan yorğunluğunu həddindən artıq qiymətləndirdiyini müəyyən edib. Onlar həmçinin qadınların yüksək yorğunluq səviyyəsini bildirmə ehtimalının daha çox olduğunu, lakin müşahidəçilər tərəfindən daha az yorğun kimi qəbul edildiyini aşkar ediblər. Elmi iş “Sex Roles” jurnalında dərc olunub.
Tədqiqat videokonfrans vasitəsilə sosial söhbətlər aparan universitet tələbələri ilə aparılıb. Bundan sonra onları qiymətləndirən şəxslər (71 nəfər) iştirakçıların yorğunluq dərəcəsi ilə bağlı öz mülahizələrini bildiriblər. Məlum olub ki, qadınlar daha çox yorğunluq hiss etmələrinə baxmayaraq, daha az yorulmuş kimi başa düşülürdü. Bu, onların müşahidəçiləri çaşdıra biləcək daha diqqətli və ifadəli davranışları ilə bağlı idi.
Tədqiqat müəllifləri vurğulayıblar ki, qadınlarda yorğunluğun düzgün qiymətləndirilməməsi ciddi nəticələrə, o cümlədən yanlış diaqnoz və müalicənin gecikməsinə səbəb ola bilər. Öz növbəsində, kişilərdə yorğunluğun həddindən artıq qiymətləndirilməsi lazımsız tibbi prosedurlara səbəb ola bilər.
Alimlər yorğunluğun ədalətli diaqnozu və müalicəsi üçün gender qərəzliyi ilə mübarizənin vacibliyini də qeyd ediblər. Gələcəkdə onlar yorğunluğun daha dəqiq tanınması üçün metodların hazırlanması üçün tədqiqatları davam etdirmək niyyətindədirlər.
Almaz Həsənli