Ermənistan səlib yürüşlərindən imtina etdi?
Oktyabrın əvvəlində Ermənistan Azərbaycanla sərhəddə Səlibçilərin xaç təsviri olan bayraqları qaldırıb. Ermənistanın dövlət sərhədində qaldırdığı bayraqlarda xaç təsviri aydın görünürdü. Xəbərdə xaç işarəsi olan bayraqların foto və videoları da yer alıb. Onlar Gorus rayonunun Şurnuhu və Vorotan (Bazarçay) kəndlərində qaldırılıblar.
“APA”-nın əldə etdiyi məlumata görə, dünən saat 17:00-18:00 radələrində rayonun Vorotan (Bazarçay) kəndi ərazisinə kran gətirilib, xaçlı bayraq endirilib və onun yerində xaçsız Ermənistanın dövlət bayrağı qaldırılıb.
Dünən saat 20:00 radələrində ermənilər krandan istifadə edərək Şurnuxa kəndində də xaçlı bayrağı endirib, yerində Ermənistanın dövlət bayrağını qaldırıblar.
Digər xəbərlər