
Rafinya qol və qolla nəticələnən ötürmələrin sayına görə Messiyə çatıb
Rafinya qol və qolla nəticələnən ötürmələrin sayına görə Messiyə çatıb. O, 2024-25-ci illər mövsümündə Çempionlar liqasında 12 qol vurub və qolla nəticələnən 7 ötürmə verib. Beləliklə o, 2012-ci il mövsümündə 19 məhsuldar qol və ötürmə edən Messiyə catıb. Rafinya axırıncı 10 oyunda yalnız bir oyunda fərqlənməyib. Digər oyunlarda qol və ya ötürmə edərək ən məhsuldar brazilıyalı olaraq tarixə düşüb. Ondan sonra gələn “Liverpul”un əfsanəvi oyunçusu Roberto Ferminio 17 dəfə fərqlənib. Bundan əvvəl Kriştiano Ronaldo 22 qol və ötürmə ilə rekord vurub. Rafinyanın Ronaldoya çatmağına 3 məhsuldar qol və ya ötürmə qalıb.
Aqşin Qoca
Digər xəbərlər