"Barselona"nın sabiq futbolçusu İvan Rakitiç karyerasını başa vurduğunu açıqlayıb

"Barselona"nın sabiq futbolçusu İvan Rakitiç karyerasını başa vurduğunu açıqlayıb

16:25
Bəyəndim (2) Bəyənmədim (0)


"Barselona"nın və Xorvatiya millisinin sabiq yarımmüdafiəçisi İvan Rakitiç sosial şəbəkədə karyerasını başa vurduğunu rəsmən açıqlayıb.Bu barədə Oxuməni.az “Championat.com”a istinadla xəbər verir.
37 yaşlı Rakitiçin son klubu Xorvatiyanın "Hayduk"u olub. Komandanın heyətində yarımmüdafiəçi bütün turnirlərdə 39 matçda iştirak edib, o, iki qol vurub və 15 məhsuldar ötürmə edib.
"Barselona"nın sabiq futbolçusu Split klubunda işləməyə davam edəcək.
"Rakitiç karyerasını bitirir. O, ağıllıdır, yaxşı ideyaları var və futbolu başa düşür. Amma indi çətin günlər yaşayır - butsları kostyuma dəyişmək heç vaxt asan olmur. Əslində, mənim indi "Hayduk"da olmağımın səbəblərindən biri də odur", - “qol.hr” baş məşqçinin sözlərini sitat gətirir.
İvan futbolçu kimi peşəkar karyerasında əvvəllər “Bazel”, “Sevilya”, “Şalke”, “Barselona” və “Əl-Şabab” kimi klubların şərəfini qoruyub. Xorvatiya millisinin heyətində yarımmüdafiəçi 106 oyun keçirib və 15 qol vurub. Futbolçu dəfələrlə İspaniya çempionu, Çempionlar Liqası, Avropa Liqası və UEFA Superkubokunun qalibidir.
Almaz Həsənli