Pxenyanın nüvə silahı zəlzələyə səbəb oldu
Şimali Koreyanın 2017-ci ilin sentyabrın 3-də yerin altında həyata keçirdiyi nüvə sınağı bölgədə bir sıra zəlzələlərin yaranmasına səbəb olub.
Cənubi Koreyanın Meteorologiya qurumu informasiya yayıb.
Qurumdan verilən məlumatda, bu gün Şimali Koreyanın Hamqyonq bölgəsində baş verən 2.8 bal gücündə zəlzələnin 16 ay bundan əvvəlki sınaqlarla bağlı olduğu bildirilib.
Xatırladaq ki, sözügedən sınaqlar zamanı Yaponiyanın Müdafiə Nazirliyi 160 kiloton enerjinin yaranması nəticəsində 6.3 bal gücündə zəlzəlnin meydana gəldiyini açıqlamışdı. Mütəxəssislər bu partlayışın şiddətinin Xirosimaya atılan atom bombasından 10 dəfə artıq olduğunu söyləyib. axar.az
Digər xəbərlər