
Ermənipərəst World Happiness Report tərəfindən Azərbaycana qarşı daha bir təxribat
Azərbaycana münasibətdə dəfələrlə düşmən mövqedən çıxış edən və erməni mafiyası tərəfindən maliyyələşdirildiyi şübhə doğurmayan qondarma World Happiness Report qurumu BMT Gallup İnstitutu və Oksford Sağlamlıq Araşdırma Mərkəzi ilə birlikdə dünyada ən xoşbəxt ölkələrin siyahısını hazırlayıb. Siyahıda Azərbaycanın adı dünyanın 147 ən xoşbəxt ölkələri arasında 106-cı yerdədir. Postsovet məkanı ölkələri arasında həmin siyahıda Qazaxıstan 43-cü yeri tutaraq ilk 50-liyə daxil olub. Rusiya və Qırğızıstan müvafiq olaraq 66 və 75-ci yerləri tutublar. Moldova 80-ci, Ermənistan 87-ci, Tacikistan 90-cı, Gürcüstan 91-ci, Azərbaycan isə 106-cı, Ukrayna 111-ci yerdədir.
Bu xəbər yayılar-yayılmaz sosial şəbəkələrdə belə demək mümkünsə hansı əqidəyə xidmət etməsi məlum olmayan bəzi "soydaşlarımız" vay-şivən qopartmağa, düşmən dəyirmanına su tökməyə başladılar...
Halbuki bu qondarma siyahının qeyri-dəqiq olduğu və ölkəmizə qarşı düşmənçilik mövqeyindən hazırlandığı ilk baxışdan nəzərə çarpır. Bunu Qırğızıstanın siyahıda 75-ci, Moldovanın 80-ci, Ermənistanın 87-ci, Tacikistanın 90-cı, Gürcüstanın 91-ci yerdə verilməsi də bir daha təsdiq edir. Axı adı çəkilən ölkələrin hamızında iqtisadı, siyasi, insan azadlığı ölkəmizdən qat-qat aşağı səviyyədədir. Azərbaycanda iqtisadi, siyası, insan azadlığı sahəsində vəziyyətin Qırğızıstandan, Tacikistandan, Moldovadan, Ermənistandan və Gürcüstandan aşağda olduğunu düşünənlər və bu siyahıya inanaraq düşmən dəyirmanına su tökənlər ancaq psixikası pozğun, şizofreniyaya tutulanlar ola bilər. Yaxşı olar ki, belələri həkimə müraciət edərək özlərini müalicə etdirsinlər.
Siyahıda Azərbaycandan öndə olan MDB ölkələrinin hamısınin, o cümlədən Ermənistan, Gürcüstan əhalisinin böyük hissəsi bir tikə çörək üçün xaricə üz tutub. Belə isə bu ölkələrin "xoşbəxt əhalisi" niyə ölkələrini tərk edirlər? Sadə məntiqlə "xoşbəxt", "azad" ölkələrin əhalisi xaricə bir tikə çörək üçün getməməlidirlər.
Qondarma World Happiness Report qurumun insan "xoşbəxtliyi" altı meyar, o cümlədən adambaşına düşən ÜDM, azadlıq səviyyəsi, korrupsiyanın qavranılması və gözlənilən ömür uzunluğu əsasında hazırlayıb. Azərbaycanda isə bu kriteriyalar üzrə vəziyyət MDB məkanındakı adı çəkilən ölkələrdən dəfələrlə yüksəkdir.
İstənilən vicdanlı şəxs bunu müqayisəli şəkildə müəyyən edə bilər.
Qondarma qurum guya bunu respodentlər arasında keçirdiyi rəy sorğusu əsasənda müəyyən edib. Sual olunur, bu rəy soğusu World Happiness Report tərəfindən harada və nə vaxt, kimlər arasında keçirilib? Amma siyahıdan görünür ki, belə rəy sorğusu ümumiyyətlə keçirilməyib və məqsəd sadəcə olaraq Avropa ölkələrində insanların "xoşbəxt" olduğunu göstərmək və buna paralel olaraq düşməncəsinə MDB-nin ən ac, qeyri-azad ölkələri arasında Azərbaycanda vəziyyətin pis olduğu barədə rəy formalaşdırmaqdır.
Yenə qeyd edim ki, ağlı başında olan hər hansı bir vicdanlı adam Azərbaycanla ondan öndə olan MDB məkanı ölkələri arasında, iqtisadi, siyası, insan hüquqları, azadlığı sahəsində olan vəziyyəti rəsmi şəkilədə müqayisə edərək nəticə çıxarsın və saxta, mənfur erməni təbliğatına inanaraq düşmən dəyirmanına su tökməsinlər...
Siyahıda öndə gedən Avropa ölkələrinə gəlincə, rüşvət və korrupsiyanın, intihar hallarının onlarda da kifayət qədər yüksək olduğu göz önündədir. Bunu AŞ PA və AB ölkələrinin bəzi yükək səviyyəli rəsmilərinin korrupsiyaya görə həbs edilməsi də bir daha təsdiq edir. Maraqlıdır: "Xoşbəxt ölkələr" arasında intihar halları niyə yüksək səviyyədə getməli və niyə onlar arasında korrupsiya çiçəklənməlidir? Bu sualın cavabını yenə buraxırıq bu qondarma siyahıya inananların vicdanlarına. Təbii ki, əgər belələrinin vicdanları varsa...
Sonda rəhmətlik İsmayıl Şıxlı demişkən, Allah bizi sapı özümüzdən olan baltalardan qorusun!
Əziz Mustafa