
Əfsanəvi casus öldürülməyib, ürək tutmasından dünyasını dəyişib
Keçmiş KQB zabiti və çekist Oleq Qordiyevskinin ölümünə səbəb hər hansı zorakılıq, onun həyatına qəsd olmayıb. O, öz əcəli ilə qəfil ürək tutmasından dünyasını dəyişib. Bu barədə casusun ölüm səbəbini araşdıran xüsusi tibbi araşdırma qrupunun əməkdaşı bildrib.
Xatırladaq ki, Oleq Qordiyevski Britaniyada 86 yaşında vəfat edib. Dövlət Təhlükəsizlik Komitəsinin keçmiş polkovniki və Böyük Britaniyanın Xarici Kəşfiyyat Xidmətinin Mİ-6 əməkdaşı mühafizə olunduğu evində ölü tapılıb.
Oleq Qordiyevski 1938-ci ildə anadan olub. Atası NKVD-də polkovnik-leytenant idi. MDBMİ-ni bitirdikdən sonra gələcək satqın DTK-ya daxil olur və polkovnik rütbəsinə qədər yüksəlir. O, Danimarkada rezident, Londonda Sovet rezidenturasının əməkdaşı idi.
1976-cı ildə Kopenhagendəki Sovet səfirliyinin əəkdaşı kimi çalışıb.
Qordiyevski Praqa baharından sonra özünün iddia etdiyi kimi "xidmətə" xəyanət etdi. 1972-ci ildə Varşava Müqaviləsi ölkələrinin qoşunları Çexoslovakiyaya daxil olduqdan dörd il sonra -1974-cü ildə Britaniya kəşfiyyat xidməti MI6 ilə əməkdaşlığa başlayaraq vətənə xəyanət yolunu seçdi. Versiyalardan birinə görə, o, Skandinaviya fahişəxanasını ziyarət edərkən casusluğa cəlb edilib və sirri açılmasın deyə onlarla əməkdaşlıq etməyə razılıq verib.
Oleq Qordiyevski 1985-ci ildə polkovnik rütbəsi almaqla yanaşı vətənə xəyanətdə ittiham olunan yenidənqurmanın başlanğıcına qədər ikiqat oyun oynadı.
1985-ci ildə Qordiyevski vətənə xəyanətdə şübhəli bilinir. CİA agenti, Sovet xüsusi xidmət orqanları ilə əməkdaşlıq etmiş Ceyms Oldric onun “köstəbək” adı altında fəaliyyət göstərdiyini bildirmişdi. Qordiyevski Sovet İttifaqına qaytarılır, lakin onun xaici kəşfiyyata işlədiyini sübut etmək olmur. Buna baxmayaraq KQB onun hər addımını izləməyə başlayır.
Bunu anlayan Qordiyevski səhər qaçışla məşğul olur, evdən hər gün eyni vaxtda çıxır və eyni vaxtda qayıdır. Nəticədə o bununla DTK əməkdaşlarını arxayınlaşdırır. Qaçışla məşğul olan vaxt gizli görüş yerindən qaçması ilə bağlı təlimat alır və qatarla Leninqrada gedir. Daha sonra britaniyalı diplomatlar rəsmi avtomobilin baqajında onu Finlandiya ilə sərhəddən keçirə bilirlər, sonra isə onu Britaniyaya aparırlar.
Sovet İttifaqında keçmiş DTK polkovniki və diplomat Oleq Qordievski dövlətə xəyanətdə ittiham olunaraq qiyabi ölümə məhkum edilib.
Qordievski hamını satıb
SSRİ DTK-nın keçmiş sədri Vladimir Semiçastnının müsahibələrinin birində qeyd etdiyi kimi, Oleq Qordiyevskinin qaçması və xəyanəti sovet kəşfiyyatına böyük zərbə vurdu. Kitablarında bəzi qeyri-qanuni kəşfiyyatçıların adlarını və əməliyyatlarının təfərrüatlarını açıqlayan DTK general-mayoru Kaluginin ABŞ-a mühacirət etdiyi illərdəki vəziyyəti ilə Oleq Qordiyevskinin hərəkətlərini müqayisə edən Semiçastnı iddia edirdi ki, Qordiyevskinin xəyanəti DTK-ya daha böyük ziyan vurub.
Londona gəldikdən sonra Qordievski Britaniya kəşfiyyatı ilə KQB-nin xarici kəşfiyyat xidmətinin ən azı 31 əməkdaşının adını paylaşıb. 1985-ci ilin sentyabrında Britaniya hökuməti diplomatik və ya jurnalist örtüyü altında fəaliyyət göstərən 31 KQB xarici kəşfiyyat agentini personae non grata elan etdi.
Böyük Britaniyanın təhlükəsizliyinə xidmətlərinə görə Gordievski 2007-ci ilin iyununda Böyük Britaniya Kraliçası II Yelizaveta tərəfindən Müqəddəs Maykl və Corc ordeninin cəngavər komandiri təyin edilib. Oleq Qordiyevski ABŞ-ın 40-cı prezidenti Ronald Reyqanla da görüşüb. MKİ-nin hesabatlarından birində qeyd etdiyi kimi, Qordiyevskinin verdiyi məlumatlar Reyqanın gözlərini sovet kəşfiyyatının daxili işlərinə açdı.
Qordiyevskinin ölümü və ya öldürülməsi barədə aparılan araşdırmalar onun öz əcəli öldüyünü göstərib.
Əziz Mustafa