
ABŞ-da miqrantlara qarşı faşist Almaniyasındakı "yəhudi qırğınları" siyasəti həyata keçirilir
İlk baxışdan adi insandan və ölkəni idarə edən prezidentdən daha çox dəlixanadan qaçan psixikası pozulanları xatırladan Donald Tramp miqrantlara qarşı həyata keçirdiyi amansız və olduqca sərt, qeyri-insani tədbirlərlə Hitleri xatırladır. Bunu onun hər addımında da görmək olar. Belə ki, Donald Trampın administrasiyası məhkəmə qərarından sonra ölkəni tərk etməyən miqrantlar üçün irimiqyaslı cərimə siyasətini həyata keçirir. Gündəlik cərimələr təxminən 1000 dollar təşkil edəcək.
Əslində hazırda Tramp administraiyası tərəfindən miqrantlara qarşı həyata keçirilən və daha şox Hitlerın "yəhidi qırğınlarını" xatırladan tədbirlər milyonlarla insanın faciəsi deməkdir. Bu baxımdan Hitlerlə Tramp arasındaki fərq "yəhudi qırğınları"ilə müqayisədə miqrantların ölüm soblarında diri-diri yandırılmamasındadır.
Miqrantlara qarşı qeyri-insanı, faşist münasibəti Tramp administrasiyası tərəflndən ölkəni tərk etmədikləri halda deportasiya üçün onları gündə 998 dollara qədər cərimələməyə hazırlaşması, həmçinin cərimələri ödəyə bilməyəcəkləri təqdirdə əmlaklarını müsadirə etməyi planlaşdırması da bir daha təsdiq edir.
Adının açıqlanmasını istəməyən yüksək rütbəli administrasiya rəsmisi Reuters-ə bildirib ki, cərimələrin beş il ərzində “geriyə” tətbiq edilməsi planlaşdırılır. Bu, 1 milyon dollardan çox cərimə ilə nəticələnə bilər. Tramp administrasiyası, həmçinin cərimələri ödəməyən miqrantların əmlakını müsadirə etməyi də nəzərdən keçirir.
ABŞ Daxili Təhlükəsizlik Departamentinin sözçüsü Tricia McLaughlin deyib ki, ölkədə qeyri-qanuni olan immiqrantlar "özlərini deportasiya etmək və dərhal ölkəni tərk etmək" üçün mobil proqramdan istifadə etməlidirlər. Əvvəllər bu proqram CBP One kimi tanınırdı və Tramp dövründə CBP Home adlandırıldı.
Bundan əlavə Ağ Ev ABŞ Gömrük və Sərhəd Mühafizəsinə cərimələr, əmlak müsadirəsi və ödəniş etməyən miqrantların aktivlərinin satışını həll etmək üçün təzyiq göstərir. Aktivlərin müsadirəsi üçün başqa bir seçim Ədliyyə Departamentinin Mülki Aktivlərin Müsadirəsi Bölməsi ola bilər.
Planlaşdırılan cərimələr immiqrasiya hakimi tərəfindən deportasiya edilən təxminən 1,4 milyon miqrantı əhatə edir. Bu isə bir tikə çörək və yaxşı həyat arzusu ilə ABŞ-a gələn milyonlarla miqrantın və onların ailə üzvlərinin daha bir faciəsi deməkdir.
Onu da xatırladaq ki, ilk prezidentliyi dövründə Tramp kilsələrə sığınan doqquz miqrantı yüz minlərlə dollar cərimələmək üçün 1996-cı ildə qəbul edilmiş qanuna istinad etdi. Administrasiya cərimələri geri götürdü, lakin sonra ən azı dörd miqrant üçün adambaşına təxminən 60.000 dollar məbləğində daha kiçik cərimələr tətbiq etməyə davam etdi.
Hər halda Bayden Trampla müqayisədə bu qeyri-insanı hallara münasibətəin ABŞ-ı haraya sürükləyəcəyini anlayaraq 2021-ci ildə vəzifəyə gəldikdən sonra onun bu qərarlarını ləğv etdi.
Bayden dövründə ABŞ-ın İmmiqrasiya və Gömrük Mühafizəsinin (ICE) yüksək səviyyəli rəsmisi Scott Schuchart qeyd etdi ki, miqrantlar və onların müttəfiqləri cərimələrə məhkəmədə etiraz edə bilərlər.
Son deportasiya qərarlarına əməl etməyən miqrantların əmlakının müsadirə edilməsi ABŞ vətəndaşlarına və ya onların ev təsərrüfatlarının daimi sakinlərinə təsir göstərə bilər.
FWD.us immiqrasiya müdafiəsi qrupunun hesablamalarına görə, qanuni statusu və ya müvəqqəti müdafiəsi olmayan 10 milyona yaxın miqrant ABŞ vətəndaşları və ya daimi sakinlərlə birlikdə “qarışıq statuslu ev təsərrüfatlarında” yaşayır.
Yüksək cərimələr aztəminatlı immiqrantlara ağır zərbə vura bilər. Miqrasiya Siyasəti İnstitutu tərəfindən 2019-cu il siyahıyaalınması məlumatlarının təhlili, sənədsiz immiqrantları olan ev təsərrüfatlarının 26%-nin federal yoxsulluq həddinin altında gəlirə malik olduğunu müəyyən etdi.
Tramp deyib ki, deportasiya ilə bağlı son əmrləri olan insanların əksəriyyətinin ABŞ-da ailələri, işləri və əlaqələri olmasına baxmayaraq, onların çıxarılması üçün prioritet verilməlidir.
Miqrantlara münasibətdə faşist siyasətinin həyata keçirilməsi üçün Ağ Evin Milli Təhlükəsizlik Şurası və Siyasət üzrə Baş Qərargah rəisinin müavini Stiven Miller ABŞ Gömrük və Sərhəd Mühafizəsinə cərimələri idarə etmək və müsadirələri həyata keçirmək üçün təzyiq göstərir.
Eyni zamanda, yayımlanan bir memorandumda ABŞ İmmiqrasiya və Gömrük Mühafizə Xidmətinin bu funksiyanı öz üzərinə götürməsi tələb olunurdu. Memorandumda Gömrük və Sərhəd Mühafizəsi sistemlərinin hazırda bu cür immiqrasiya cərimələrini dəstəkləmədiyi və onların təkmilləşdirilməsinin əhəmiyyətli xərclər və icra gecikmələri ilə nəticələnə biləcəyi qeyd edilib.
Qeyddə həmçinin qeyd olunub ki, ABŞ Gömrük və Sərhəd Mühafizəsi üçün mövcud 313 işçidən ən azı 1000 yeni paralegal lazımdır.
Bütün bunlar da bir daha göstərir ki, miqrantlara münasibətdə qeyri-insanı tədbirlərin həyata keçirilməsi ABŞ-ın faşizmə sürükləndiyini göstərir və bunun ağır nəticələrini çox gözləmək lazım gəlməyəcək.
Əziz Mustafa, Oxuməni.az