
Paşinyan sülh sazişi ətrafında çirkin oyunlarını davam etdirir
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycana qarşı ərazi iddialarını aradan qaldırılmadan sülh anlaşmasının imzalamağa hazır olduğu barədə növbəti dəfə rəsmi şəkildə cəfəfəng açıqlama ilə çıxış edib. O bu gün parlamentin iclasındakı çıxışında eyni gündə iki sənədi- ATƏT-in Minsk Qrupunun buraxılması və sülh sazişini imzalamağa hazır olduğunu bəyan edib. Paşinyan qeyd edib ki, sülh sazışinin imzalanmasından sonra ATƏT Minsk qrupunun saxlanılmasına ehtiyac qalmayacaq. Bu isə o deməkdir ki, Ermənistan faktiki olaraq öz Konsitutisiyasına olan Azərbaycana qarşı ərazi iddialarını aradan qaldırmadan ölkəmizlə sülh anlaşması imzalamaq cəhdlərindən əl çəkmək niyyətində deyil. Halbuku Azərbaycan rəsmi şəkildə dəfələrlə bəyan edib ki, Ermənistan öz Konsitutsiyasında Azərbaycana qarşı ərazi iddialarını aradan qaldırmadan iki ölkə arasında sülh anlaşmasının imzalanması mümkün deyil. Azərbaycanın bu mövqeyi Antalyada keçirilən Beynəlxalq Diplomatiya Forumunda da qarşı tərəfin nəzərinə çatdırıb. Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşündə bir daha bəyan edib ki, Ermənistan Azərbaycana qarşı ərazi iddialarını Konsitutsiyasından çıxarmadan tərəflər arasında sülh anlaşmasının imzalanması mümkün deyil. Buna baxmayaraq Paşinyanın parlamentdəki çıxışı göstərdi ki, Ermənistan sülh anlaşması ətrafında çirkin oyunlarını davam etdirir.
Məsələyə münasibət bildirən tanınmış siyası şərhçi, millət vəkili Rasim Musabəyov deyib ki, Ermənistan sülh sazişini imzalamağa hazır olduğunu bəyan etməklə manevr edir və bununla beynəlxalq aləmi aldatmağa çalışır. Onun sözlərinə görə, ATƏT Minsk Qrupunun ləğv edilməsi təkcə Ermənistanın və Azərbaycanın istəyindən asılı deyil və bu məsələ adı çəkilən qurumda konsensus yolu ilə həll edilir: "Məsələ ATƏT-də səsverməyə çıxarılan zaman bir ölkə onun qəbulunun əleyhinə səs versə, onda sənəd qəbul olunmayacaq. Şübhə yoxdur ki, bu məsələ ATƏT-də səsverməyə çıxarılsa Minsk qrupunun ləğv edilməsini istəməyən Fransa onun qəbulunun əleyhinə çıxacaq. Ermənistanda bunu yaxşı bilirlər və ona görə cidd-cəhdlə bu cəfəng məsələni gündəmə gətirirlər. Ermənistan Konsitutsiyasına dəyişiklik etmədən və Azərbaycana qarşı ərazi iddialarından əl çəkmədən ölkəmiz qarşı tərəflə sülh sazişini imzalamayacaq".
Beləliklə Paşinaynın son açıqlaması göstərir ki, Ermənistan sülh anlaşması ətrafında çirkin oyunlarını davam etdırır və sürətlə silahlanır. Bu isə Ermənistana yaxşı heç nə vəd etmir və onlar bunun ağır nəticələrini öz üzərlərində hiss edəcəklər.
Əziz Mustafa