
Əhməd Əl Şaraanın Bakıya səfəri Azərbaycanın dünyanın sülh mərkəzinə çevrilməsinin daha bir təsdiqi olub
Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizin azad olunmasından və ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsindən sonra Azərbaycan regional və beynəlxalq münaqişələrin həll edilməsində önəmli mərkəzlərdən birinə çevrilib. Bunu Suriyanın müvəqqəti keçid hökumətinin rəhbəri Əhməd Əl Şaraanın Azərbaycana rəsmi səfəri də bir daha təsdiq edib. Belə ki, Suriyada əlləri öz xalqının qanın batan və faktiki olaraq İran və Rusiya tərəfindən idarə edilən Əsəd rejiminin devrilməsindən sonra hakimiyyətə gələn Əhməd Əl Şaraa hökuməti faktiki olaraq ölkənin beynəlxalq aləmdə təcriddə çıxarmaq üçün bütün imkanlardan istifadə etməyə və bütün qonşuları ilə dünc şəraitdə yaşamağa cəhd edir. Şaraa hökuməti faktiki olaraq bütün qonşu dövlətlərlə, o cümlədən Qərb ölkələri ilə əlaqələri qismən də olsa bərpa edə bilib və Əsəd rejimi dövründə ölkəyə tətbiq edilən sanksiyaların qismən aradan qaldırılmasına nail olub. Faktiki olaraq ölkə hazırda Əsəd rejimindən qalan ağır mirası- dağıntıları bərpa etməyə çalışır və dinc quruculuq işlərini sürətlə davam etdirir. Bu işdə Suriyaya qardaş Türkiyə ilə bərabər Azərbaycan da hərtərəfli yardım göstərməkdədir. Bu baxımdan Suriyanın müvəqqəti keçid hökumətinin rəhbəri Əhməd Əl Şaraanın Azərbaycana səfəri böyük diqqət mərkəzində olub. Bunun da səbəbləri var. Azərbaycan və Suriya arasında 1992-ci il martın 28-də qurulan diplomatik əlaqələr qurulsa da 2012-ci ildə Əsəd rejiminin ölkəmizə münasibətdə yeritdiyi düşmən münasibətlər, o cümlədən işğalçı Ermənistanı dəstəkləməsi nəticəsində münasibətlər faktiki olaraq kəsilmişdi. Halbuki tarixboyu Azərbaycanla Suriya arasında münasibətlər ən yüksək səviyyədə olub. Ötən ilin dekabr ayında Suriyada hakimiyyət dəyişikliyindən sonra isə ikitərəfli əlaqələrimiz yeni bir mərhələyə qədəm qoydu. Bunun bir səbəbi də Suriyada müəyyən tarixi proseslər nəticəsində türkmən adı ilə tanınan və faktiki olaraq Azərbaycan türkcəsində danışan soydaşlarımızın yaşamasıdır. Məhz tarixdən gələn sıx əlaqələr yeni siyası şəraitdə iki ölkə münasibətlərində önəmli rol oyanamağa başlayıb.
Ona görə də Əhməd Əl Şaraanın Azərbaycana səfərinə təsadüfi bir siyasi rəsmi xəbər kimi baxmaq olmaz. Suriyanın müvəqqəti keçid hökumətinin rəhbəri Azərbaycan prezidenti İlham Əliyev tərəfindən olduqca yüksək səviyyədə qarşılanıb. İki ölkə rəhbərləri arasında Bakıda keçirilən görüşdə Azərbaycan Suriyanın bərpasında və tikinti-quruculuq işlərinin aparılmasında yardım etməyə hazır olduğunu bildirib. Məsələnin bu tərəfinə diqqəti cəlb edən tanınmış politoloq və millət vəkili Rasim Musabəyovun sözlərinə görə, Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra həmin ərazilərdə geniş bərpa-quruculuq icra edərək təcrübə qazanıb və bu təcrübədən Suriyada uğurla istifadə edə bilmək imkanına malikdir. Onun sözlərinə görə iki ölkə arasında bütün sahələr üzrə əməkdaşlığın uğurla davam etdirilməsi Suriyada yaşayan Azərbaycan əsilli türkmən soydaşlarımızın da vəziyyətlərinin yaxşılaşdırılmasına, onların ölkənin ictimai, siyası həyatda daha fəal rol oynamasına öz töhfəsini verəcək və nəticədə onlar ölkələrimiz arasında daha möhkəm dostluq körpüsünə çevriləcəklər. Əhməd Əl Şaraanın ölkə rəhbərliyi ilə görüşündə Suriyanın mavi yanacağa olan ehtiyacının ödənilməsi də müzakirə hədəflərindən biri olub. Azırbaycanın Türkiyə vasitəsi ilə Suriyaya qaz ixrac etmək imkanları var və təbii ki, bu imkanlardan istifadə ediləcək.
İki ölkə rəhbərlərinin görüşündə bu məsələ geniş şəkildə müzakirə olunub. Görüşdə ölkələrimiz arasında xüsusilə enerji sahəsində əməkdaşlığın vacibliyi qeyd edildi, Suriyanın hazırda ciddi enerji problemi ilə üzləşdiyi bildirildi. Bu xüsusda yaxın zamanlarda Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracı layihəsinin həyata keçiriləcəyi vurğulandı və bunun Suriyanın enerji təhlükəsizliyinə töhfə verəcəyi qeyd olundu. Azərbaycanın Suriyanın energetika sahəsinin bərpasına töhfə vermək iqtidarında olduğu diqqətə çatdırıldı.
Diqqəti cəlb edən digər bir məsələ də Azərbaycanı Suriya-İsrail münasibətlərinin bərpa olumasına öz töhfəsini verməsidir. Belə ki, Suriya ilə İsrail arasında Bakəda danışqlar keçiriləcək. Bu işdə Azərbaycanın hər iki ölkə arasında münasibətlərin bərpa edilməsində önəmli rolunun olduğu isə heç kimə sirr deyil. Belə ki, Azərbaycan həm Türkiyə, həm də İsraillə sıx münasibətlərə malikdir və bu da tərəflər arasında olan fikir ayrılıqlarının regionun sülh və və əmin-amanlıq bölgəsinə çevrilməsində şübhəsiz böyük rol oynayacaq. Bu da Azərbaycanın sülh və beynəlxalq əməkdaşılıq mərkəzinə çevrildiyinin daha bir parlaq nümunəsidir.
Məsələnin bu tərəfinə diqqəti cəlb edən politoloq politoloq İlyas Hüseynov mətbuata verdiyi açıqlamasında deyib ki, Əhməd Əl Şaraanın səfəri həm də Azərbaycan-Suriya əməkdaşlığının güclənməsinə xidmət edəcək. Onun sözlərinə görə, Azərbaycan fəal siyasi aktor kimi müasir beynəlxalq münasibətlər sistemində öz nüfuzunu bir qədər də genişləndirir: Eyni zamanda, Suriya-İsrail, Türkiyə-İsrail münasibətlərinin Suriya kontekstində yaxınlaşmasında da Azərbaycan vasitəçiliyini və bütün diplomatik resurslarını səfərbər edib. Bu da ölkəmizin artan nüfuzundan genişlənən maraqlarından və gücündən xəbər verir", - deyə İ.Hüseynov qeyd edib.
Politoloq Zeynal Əmrəliyev deyib isə məsələ ilə bağlı deyib ki, Suriya Prezidenti Əhməd Əl-Şaraanın Azərbaycana səfəri bir neçə məsələ üzrə dəyərləndirilməlidir. Onun sözlərinə görə, Suriyadakı yeni hökumət həm İranla, həm də İsraillə normal əlaqələrin qurulmasında maraqlıdır: "İran rəsmiləri ilə hər iki tərəfin etibar edəcəyi neytral ərazidə görüşlərin keçirilməsi müzakirə edilir ki, buna ən uyğun şəhər Bakıdır".
Politoloq xatırladıb ki, bundan əvvəl də iki ölkənin rəsmiləri arasında Bakıda görüş keçirilib.
Əhməd Əl Şaraanın Bakıya səfəri zmanı tələbə mübadiləsi və siriyalı tələbələrin Azərbaycanın ali məktəblərində dövlət hesabına oxuması barədə də razılıq əldə edilib. Arzu edərdik ki, Azərbaycanın ali məktəblərində təhsil alacaq tələbələr arasında Suriyadakı azərbaycanəsilli soydaşlarımız olan türkmənlər də olsun.
Beləliklə, Suriyanın müvəqqəti keçid hökumətinin rəhbəri ƏhmədƏl Şarranın Azərbaycana səfəri və burada keçirdiyi uğurlu görüşlər Azərbaycanın beynəlxalq aləmdə gündən-günə daha da artmaqda olan daha bir nümayişinə çevrildi və bu da ölkəmizin beynəlxalq imicinin daha da mğhkəmləndiirlməsi baxımından olduqca önəmlidir.
Əziz Mustafa