BİZ TÜRKLƏR GƏLMƏ DEYİLİK, BURANIN ƏSL SAHİBLƏRİYİK !!!

BİZ TÜRKLƏR GƏLMƏ DEYİLİK, BURANIN ƏSL SAHİBLƏRİYİK !!!

Bəyəndim (2) Bəyənmədim (0)

Tarix üzrə fəsəfə doktoru Yasəmən Qaraqoyunlu Türklərin bu torpaqlara gəlmə olduğunu iddia edən qondarma fars tarixçilərinə sərt cavab verərək onları ifşa edib. Tarixçi alim Yasəmən Qaraqoynlu üzünü belələrinə tutaraq deyib:

"Əgər biz türklər Azərbaycana XI əsrdə gəlmişiksə, bəs Kirin başını kəsən Tomris kim idi? Niyə kəsmişdi Kirin başını? Perslərin hakimiyyətinə qarşı üsyan qaldıran Qam Ata kim idi? Nə saxta tarixlər uydurursunuz? Siz e.ə. Vll yüzillikdə Əfqanıstan tərəflərdən bu torpaqlara gəlmədinizmi? Bütün dünya tarixçiləri bu barədə yüzlərlə əsərlər yazmayıblarmı? Mən qədim şərq tarixini bir az bilirəm və sizin bütün uydurma təbliğatlarınızı yerlə bir edirəm. Yalan üzərində dövlət qurmaq, təbliğat qurmaq olmaz. Bizim 10 minillik bir şanlı tariximiz var. İran tarixçisi Nasir Purpirar " 12 əsr sükut"adlı əsərində farsların e.ə. VII əsrdə Elam Midiya coğrafiyasına gələrək bütün əski orta doğu mədəniyyətlərini söndürdüyünü yazmırmı? Nasir Purpirar e.ə. Vll əsrdən bizim eranın VII əsrinə qədərki dövrü Orta Doğunun qaranlıq dövrü adlandırmırmı? Çünki bu dövrdə Orta doğuda Əhəməni və Sasanlı imperiyaları hakimliyində bütün orta doğu xalqlarının mədəniyyəti, kimliyi məhv edilməmişdimi? Bunu mən yazmamışam fars tarixçiləri yazıb. Türklərin bura sonradan gəlməsi fikri başdan-ayağa cəfəngiyyatdır, nə bir elmi əsası, nə də sübutu var".

Oxuməni.az