Çempionlar liqasında sensasiyalı nəticələr: Altı oyunda darmadağınlı qələbələr qeydə alınıb

Çempionlar liqasında sensasiyalı nəticələr: Altı oyunda darmadağınlı qələbələr qeydə alınıb

Bəyəndim (2) Bəyənmədim (0)

Çərşənbə axşamı, oktyabrın 21-də Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turunun doqquz oyunu keçirilib. Qarşılaşmalar böyük hesablı qələbələr, gözlənilməz darmadağınlı nəticələrlə zəngin olub. Belə ki, doqquz qarşılaşmadan altısında sensasiyalı hesablar qeydə alınıb.

“Barselona” xüsusilə yaxşı çıxış edərək, Yunanıstan təmsilçisi “Olimpiakosu” 6-1 hesabı ilə darmadağın etdi. Fransa komandası PSJ "Bayer" Leverkuzeni meydana çıxmağa peşman edib. Parislilər almanların qapısındaan 7 top keçirərək onlara 7:2 hesabı ilə qalib gəlib.

Londonun “Arsenal”ı ilə Madridin “Atletiko” komandaları arasında keçirilən oyunun nəticəsi də olduqca gözlənilməz olub. Madridililər meydanda rəqiblərinə güclü müqavimət göstərə bilməyiblər. İlk dəqiqələrdən meydanda rəqiblərinə aman verməyən topçular "Atletiko"nun qapısını top atəşinə tutaraq rəqib komandasına göz açmağa imkan verməyiblər. Onlar "Atletiko"nun qapsından 4 top keçirərək onu 4:0 hesabı ilə darmadağın ediblər.

Niderlandın PSV komandası ilə İtaliya çempionu "Napoli" arasında keçirilən oyunda da heç kim böyük hesablı qələbə gözləmirdi. Amma bu oyun da sensasiyalı, gözlənilməz nəticə ilə başa çatıb. RSV "Napoli"nin qapısına 6 top vuraraq rəqibinə 6:2 hesabı ilə qalib gəlib.

"Union" (Belçika) isə öz meydanında "İnter"ə (İtaliya) müqavimət göstərə bilməyib. "İnter" rəqibinə 4:0 hesabı ilə qalib gələrək Çempionlar Liqasında daha bir darmadağınlı nəticəyə nail olub.

Ötən turda"Qarabağ"ın 2:0 hesabı ilə məğlub etdiyi "Kopenhagen" (Danimarka) isə bu dəfə öz meydanında "Borussiya Dortmund"a (Almaniya) 2:4 hesabı ilə uduzub.

Dünən keçirilən bütün oyunların nəticələri isə belə olub:

"Barselona" (İspaniya) - "Olimpiakos" (Yunanıstan) - 6:1
"Kayrat" (Qazaxıstan) - "Pafos" (Kipr) - 0:0
"Bayer" (Almaniya) - PSJ (Fransa) - 2:7
"Nyukasl" (İngiltərə) - "Benfika" (Portuqaliya) - 3:0
"Arsenal" (İngiltərə) - "Atletiko Madrid" (İspaniya) - 4:0
"Vilyarreal" (İspaniya) - "Mançester Siti" (İngiltərə) - 0:2
"Kopenhagen" (Danimarka) - "Borussiya Dortmund" (Almaniya) - 2:4
PSV (Hollandiya) - "Napoli" (İtaliya) - 6:2
Union (Belçika) - "İnter" (İtaliya) - 0:4
Çempionlar Liqasının cədvəlinə bütün matçlarında qalib gələn üç komanda başçılıq edir: PSJ, "İnter" və "Arsenal".

3-cü oyun çərşənbə günü, oktyabrın 22-də başa çatacaq və daha doqquz qarşılaşma keçiriləcək. Azərbaycan çempionu, ilk iki oyunu qələbə ilə başa vuran "Qarabağ"isə İspaniyada "Atletik" Bilbaonun qonağı olacaq. Oyun Bakı vaxtı ilə 20.45-də baş tutacaq. Komandamıza bu oyunda da uğurlar, qələbə sevinci arzulayırıq.

Əziz MUSTAFA