"Atletik" ilə oyunda  "Qarabağ"ın bəxti gətirmədi

"Atletik" ilə oyunda "Qarabağ"ın bəxti gətirmədi

Bəyəndim (1) Bəyənmədim (0)

UEFA Çempionlar Liqasının III turunun növbəti oyununda "Qarabağ" Bilbaoda İspaniyanın "Atletik" komandasının qonağı olub. "Qarabağ" oyuna sürətlə başlayıb və artıq birinci dəqiqədə Leandro Andradenin vurduğu gözəl qolla hesabı açıb. Bundan sonra da meydanda yaxşı oyun nümayiş etdirən "köhlən atlar" bununla belə hesabı sona kimi qoruyub saxlaya bilməyiblər. Meydan sahiblərini aramsız hücumlarından birində, birinci hissənin başa çatmasına 5 dəqiqə qalmış "Atletik" komandasının oyunçusu Qorka Quruzeta sərrast zərbə ilə topu "Qarabağ"ın qapısından keçrərək hesabı bərabərləşdirib. İkinci hissədə də meydanda gərgin mübaizə gedib. Hər iki tərəfin qol vurma imkanları olsa da sonda sevinən tərəf "Atletik" olub. Robert Navarro 70-ci dəqiqədə basklıları hesabda önə keçirib. Komandamızın hesabı bərabərləşdirmək cəhdləri isə qapımıza üçüncü topun vurulmasına gətirib çıxarıb. Quruzeta 88-ci dəqiqədə özünün ikinci, komandasının isə üçüncü qolunu vuraraq hesab arasındakı fərqi iki topa çatdırıb:3:1

Oyundan sonra keçirilən mətbuat konfransında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyunçularından razı qazı qaldığını bildirib. O deyib ki, rəqibin güclü pressinqinə 90 dəqiqə ərzində tab gətirmək çətin olsa da, oyunçularım meydanda sona kimi mübarizə apardılar.

Qeyd edək ki,“Qarabağ” növbəti oyununu noyabrın 5-də Bakıda Londonda "Ayaks"ı 5:1 hesabı ilə darmadağın edən “Çelsi”yə qarşı keçirəcək.

Çempionlar Liqasının III turundan sonra “Qarabağ” 6 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

Dünən keçirilən digər oyunlarının nəticələri isə belə olub:

"Qalatasaray" (Türkiyə) - "Bodo-Glimt" (Norveç) - 3:1

"Monako" (Fransa) - "Tottenhem" (İngiltərə) - 0:0

"Atalanta" (İtaliya) - "Slaviya" (Çexiya) - 0:0

"Bavariya" (Almaniya) - "Brügge" (Belçika) - 4:0

"Real" (İspaniya) - "Yuventus" (İtaliya) - 1:0

"Sportinq" (Portuqaliya) - "Marsel" (Fransa) - 2:1.

Üç turdan sonra turnir cədvəlinə hər üç oyunda qalib gələn beş komanda - PSJ, Bayern, İnter, Arsenal və Real Madrid başçılıq edir.

Əziz MUSTAFA